Ramiz Mehdiyev Moskvada əməkdaşlıq planı imzaladı

img

11-11-2015 [23:17]


Moskvada Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev arasında görüş keçirilib.


Mia.az verir ki, bu barədə APA-nın Moskva müxbirinə Rusiya Təhlükəsizlik Şurasının Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Xəzəryanı regionda beynəlxalq təhlükəsizliyə dair aktual məsələlər, eləcə də hər iki ölkənin hüquq-mühafizə strukturları və təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyətinin perspektivləri müzakirə olunub.

Görüşdə Ramiz Mehdiyev və Nikolay Patruşev Azərbaycan Respublikası və Rusiya Federasiyası Təhlükəsizlik Şuraları arasında 2016-2017-ci illər üçün əməkdaşlıq planını imzalayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA