Parlamentin yeni deputatları - Konstitusiya Məhkəməsi nə vaxt təsdiq edəcək?

img

10-11-2015 [16:23]


Mərkəzi Seçki Komissiyası (MSK) yeni seçilən deputatların siyahısını Konstitusiya Məhkəməsinə noyabrın 20-ə qədər təqdim edəcək.

Bu barədə MSK katibi Mikayıl Rəhimov bildirib.

M.Rəhimov deyib ki, qanunvericiliyə görə, yeni seçilən deputatların siyahısı səsvermə günündən sonrakı 20 gün müddətində Konstitusiya Məhkəməsinə göndərilməlidir.

MSK seçki protokollarını yoxladıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edir.

Konstitusiya Məhkəməsi isə müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində seçkinin nəticələrini təsdiq etməlidir(modern.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA