Qalmaqallı dairədə 3 məntəqə nəticəsi ləğv olundu

img

07-11-2015 [15:24]


Noyabrın 1-də keçirilən Parlament Seçkilərində ən çox müzakirə olunan və gündəmdə qalan dairə 35 saylı Xətai 3-cü seçki dairəsidir.

Həmin dairədən "Qafqazinfo”ya daxil olan məlumata görə, dairənin 5, 10 və 11-ci məntəqələrinin nəticələri ləğv olunub. Bu nəticələrin sırıflanmasının sözügedən məntəqədəki seçkinin ümumi nəticələrinə təsir edib-etməyəcəyi isə hələ ki, bəlli deyil.

Xatırladaq ki, MSK tərəfindən 35 saylı dairədə Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin qələbəsi elan olunsa da, digər iddiaçı Ümid Partiyasının sədri İqbal Ağazadə nəticələrdən narazı qaldığını bildirmişdi.

MSK isə öz növbəsində İqbal Ağazadənin etirazına əsasən bu şikayətin DSK-da baxılmasını tövsiyə etmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA