"Qərbin təzyiqlərinin arxasında siyasi məqsədlər dayanır" - Partiya sədri

img

04-11-2015 [12:58]


"Tam demokratiya olmasa da, yarım demokratiya şəraitində seçkilər keçirildi və biz də, seçki nəticələrini tanıyırıq”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycanda keçirilən seçkilərin Qərb mətbuatında tənqidi yanaşılmasını səbəbini şərh edərkən deyib.

Xatırladaq ki, Qərb mətbuatı ənənvi olaraq Azərbaycanda keçirilən seçkilərə tənqidi yanaşıb. Xüsusilə ABŞ-ın dünyaca məşhur "Bloomberg” agentliyi seçkiləri mübahisəli olaraq xarakterizə edib.

 Bu barədə Pia.az-a danışan partiya sədri qeyd edib ki, Qərbin bu tənqidləri bizə olan təzyiqin nəticələridir.

"Azərbaycanda keçirilən seçkiləri hər dəfə Qərb mətbuatı o cümlədən, Qərbin müəyyən siyasi dairələri bəzən bir addım irəli, bəzən də demokratiyaya yaxınlaşmaq kimi qiymətləndiriblər. Bu seçkilərdə də həm ABŞ-ın "Bloomberg” agentliyi, həm də Avropa Şurasının bir hissəsi seçkiləri tamamilə mənfi qiymətləndirdilər. Amma mən düşünürəm ki, Azərbaycanda keçirilən seçkilərə qərəzli mövqe bildirmək düzgün deyil. Xalq bu insanlara səs verib seçibsə, buna hörmətlə yanaşmaq lazımdır. Bu baxımdan mən Qərbin fikirlərinə ironiya ilə yanaşıram, çünki əgər Qərbin bizə bu qədər canı yanırsa, bizim "Qarabağ” kimi acı bir problemimizdə bizə köməklik etsin. Amma hər dəfə Qərb çalışır ki, müəyyən vasitələrlə bizə təzyiq göstərsinlər, ağıl öyrətsinlər. Qərbin bu günkü mövqeyi məni qane etmir. Avropa Parlamentindən gələn nümayəndə heyətinin üçü bir söz deyir dördü bir söz . Bunların da hamısı qərəzli mövqedən irəli gələn məsələlərdir.

Hafiz Hacıyev: "Biz çalışmalıyıq ki, beynəlxalq aləmlə münasibətləri normallaşdıraq və götürdüyümüz öhdəliklərə də əməl edək”


Mən belə hesab edirəm ki, keçirilən seçkilərə böyük hörmətlə yanaşmaq lazımdır. Dövlətin idarə edilməsinə kinli, qərəzli, o cümlədən intiqam hissi ilə qiymət verə bilmərik. Dövlətin qorunub saxlanılması üçün bütün variantlara əl atılmalıdır. Amma biz bunları edə bilmirik. Hər bir dövlətin özünün xüsusi marağı var və o marağa uyğun da çalışır ki, Azərbaycanda öz maraqlarını, siyasi iradəsini həyata keçirsin. Biz də çalışmalıyıq ki, müəyyən qurumların, yəni ATƏT-in, Avropanın və başqalarının tövsiyyələrini yerinə yetirək. Amma bu o demək deyil ki, onların hər bir çaldıyı havaya biz oynamalıyıq. Azərbaycan müstəqil siyasət yürüdür, müstəqil siyasət yürüdən dövlətin də, fikirlərinə hörmətlə yanaşmaq lazımdır. Yoxsa, onlar deyirlər ki, siz bu işlərdə düz etmirsiz. Əgər düz etmiriksə, onlar düz etsin biz də onlardan nümunə götürək.

Dövlətimizə qarşı bu qədər basqıların olmasından bizim partiya çox narahatdır. Düşünürəm ki, bütün bunlara son qoymaq lazımdır. Hər halda parlament seçkiləri keçirildi və biz demirik ki, tam hərtərəfli bu seçkilər keçirilibdir. Bizim də müəyyən nöqsanlarımız, çatışmamazlıqlarımız olub. Ən əsas budur ki, seçkilər keçirildi və seçkilərin legitimliyi də təmin olunubdur. Tam demokratiya olmasa da, yarım demokratiya şəraitində seçkilər keçirildi və biz də, seçki nəticələrini tanıyırıq. Qərbin bu fikirləri də, bizə ancaq təzyiqin nəticələridir. Biz çalışmalıyıq ki, beynəlxalq aləmlə də münasibətləri normallaşdıraq və götürdüyümüz öhdəliklərə də əməl edək. Hesab edirəm ki, gələcəkdə biz bunları nəzərə almalıyıq.Artıq parlament seçkiləri keçirildi, nəyisə geri qaytarmaq mümkün deyil. Avropa dövlətləri də seçkiyə rəy verdi. Amma Avropa dövlətlərinin bizə qarşı qərəzli mövqelərini qəbul etmirəm. Azərbaycan dövlətinin müstəqilliyi əbədidir və axıra qədər də biz bu müstəqilliyi qoruyub saxlamalıyıq. Əgər biz bunu etməsək, Qərb dövlətləri öz təzyiqləri ilə Azərbaycanı parçalayıb, Azərbaycanın inkişafını həmişə maneçilik törədəcəklər”.

Hafiz Hacıyev: "Avropanın da, ABŞ-ın da bizə bu qədər təzyiq göstərməsinin də müəyyən səbəbləri var”.


Partiya sədri həmçinin Qərbin Azərbaycanın seçki sistemini davamlı olaraq tənqid etməsinin arxasında siyasi məqsədlər dayanırmı sualına da cavab verib:

"Bəli, Qərbin bu fikirləri deməsindən arxasında siyasi məqsədlər dayanır. Qərbin Azərbaycana qarşı məkrli planı var. Onlar "Qarabağ” məsələsində bizə çox böyük xeyri olan BMT-nın qərarlarının yerinə yetirilməsindən bir kəlmə belə danışmırlar. Amma elə məsələlər var ki, BMT çıxartığı qərarı həmin gün icra edirlər. Ona görə Qərbin bizə etdiyi təzyiqlər yolverilməzdir. Düşünrəm ki, biz bu təzyiqlərin qarşısını almaqdan ötrü müəyyən işlər görməliyiq. Amma Avropanın da, ABŞ-ın da bizə bu qədər təzyiq göstərməsinin də müəyyən səbəbləri var. Biz də onları aradan qaldırmalıyıq. Hamıyla pis davranıb, dünyadan təcrid olunmuş şəkildə yaşa bilmərik. Bu baxımdan hesab edirəm ki, biz bütün siyasi, diplomatik vasitələrdən istifadə edib bütün qonşularla, xarici dövlətlərlə münasibətlərimizi normallaşdırmalıyıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA