Deputat seçilən icra başçısının müavini: "Müəyyən ideyalarım var"

img

04-11-2015 [11:58]


"Təhsillə bağlı müəyyən yeni ideyalar, yeni layihələr üzərində çalışıram".

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisə keçirilən seçkilərdə 99 saylı Şəmkir kənd seçki dairəsindən ilk dəfə millət vəkili seçilən Sona Əliyeva deyib. 

Xanım deputat bildirib ki, parlamentdəki fəaliyyəti dövründə təhsil və qadınların problemləri ilə bağlı bir sıra məsələlələr qaldırmaq niyyətindədir: "Humanitar şöbənin müdiri olduğum üçün bu sahədən daha çox məlumatlıyam. Yetərincə baza biliklərim var. Parlamentdə təhsil, səhiyyə, mədəniyyət və eləcə də gənclərlə bağlı məsələləri qaldıracağam. Humanitar sahə üzrə çox yüksək ideyalarım var. Hazırda konkret hansısa bir layihəm yoxdur, amma müəyyən ideyalarım var və gələcəkdə onları təqdim etmək fikrindəyəm”. 

Qeyd edək ki, Sona Əliyeva buna qədər Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA