"AŞPA seçkiyə normal qiymət verdi" - Məzahir Pənahov

img

02-11-2015 [20:40]


"Bütün beynəlxalq müşahidəçilər noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərə müsbət rəy bildirdi".

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M. Pənahov bildirib ki, nəhayət ki, Avropa Şurası Parlament Assambleyası da Azərbaycanda keçirilən seçkilərə normal qiymət verdi.

MSK sədri əlavə edib ki, AŞPA-nın ölkəmizdə keçirilən seçkilərə münasibəti mühüm əhəmiyyət kəsb edir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA