"Saxtakarlıq edib, insanların iradəsini sındırıblar" - Məğlub deputatdan daha bir üsyankar açıqlama

img

02-11-2015 [14:52]


"Mən seçkilərdən uduzmamışam. Seçki ədalətli, şəffaf keçirilsəydi və belə bir seçki mühitində, əsl mübarizədə uduzsaydım, kişi kimi hərəkət edib partiyadan istefa verərdim”.

Mia.az xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında Ədalət Partiyasının sədri, dünənə qədər deputat mandatı daşıyan İlyas İsmayılov deyib. O bildirib ki, seçkilərin nəticəsi saxtalaşdırılıb. "Mən uduzmamışam. Kim deyirsə ki, mən uduzmuşam bu onun "strateji” düşüncəsinin məhsuludur. Ədalətli seçkidə uduzsaydım, partiyadan istefa verərdim”.

İlyas İsmayılov bildirib ki, o seçki prosesində saxtakarlığa qarşı dirəniş göstərir. "Mən niyə geri çəkilməliyəm ki?! Saxtakarlıq edib, insanların iradəsini sındırıblar, heç kimin tanımadığı adamı qalib elan ediblər. Mən məğlub olmamışam”.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən bitərəf Ülviyyə Ağayeva rəqibi İlyas İsmayılovdan çox səs toplayaraq Milli Məclisə deputat mandatı qazanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA