Araz Əlizadənin dairəsi sıfırlandı

img

02-11-2015 [12:04]


Dünən keçirilən seçkilərdə sürpriz hesab olunan dairələrdən biri də 35 saylı Xətai üçüncü seçki dairəsi hesab olunur. İlkin nəticələrdə bu dairədən bundan əvvəl deputat olan İqbal Ağazadənin yerinə ASDP sədri Araz Əlizdənin elan olunması maraqla qarşılanmışdı.

"Qafqazinfo” xəbər verir ki, həmin dairədə mövcud olan 33 seçki məntəqəsindən 6-dan protokol açıqlanmışdı. Hazırda isə bu rəqəmlər Mərkəzi Seçki Komissiyasının saytının "protokollar” bölməsində sıfırlanıb.

Lider namizədlər bölməsində isə ümumiyyətlə 35 saylı Xətai üçüncü seçki dairəsinin adı siyahıdan çıxarılıb.
Mübahisəli olan bu dairədə seçkinin nəticələri indiki məqamda sual altına düşmüş hesab olunur.

Araz Əlizadənin dairəsi sıfırlandı
Araz Əlizadənin dairəsi sıfırlandı


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA