"Seçkilər yüksək səviyyədə keçdi" - Sergey Lebedev

img

02-11-2015 [11:45]


"Azərbaycanda Milli Məclisə keçirilən seçkiləri çoxsaylı müşahidəçilərin izləməsi onun şəffaf və demokratik şəkildə keçirilməsindən xəbər verir”.

AzVision.az-ın məlumatına görə, bu fikirləri MDB Müşahidə Missiyasının rəhbəri, strukturun icraçı katibi Sergey Lebedev keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, seçkilər yüksək səviyyədə keçib: "MDB ölkələrinin Mərkəzi Seçki Komissiyasının sədrləri və millət vəkillərindan ibarət 147 nümayəndə Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edib. Hər şey yaxşı idi. Keçən seçkilərə nisbətən bu dəfəki seçkilər daha yaxşı, savadlı şəkildə keçirildi. Sadəcə bir qədər xırda qüsurlar var idi. Mən özüm 10 məntəqədə seçkini müşahidə etdim. Qüsurlar ondan ibarət idi ki, məsələn, bir ailədən biri başqasınn yerinə səsə verib, maarifləndirici məlumatlar bir qədər az idi. Ancaq nümayəndələr pozuntulara anında müdaxilə ediblər”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA