Mehriban Əliyeva ən yüksək, partiya sədri isə ən az səs toplayan deputat oldu

img

02-11-2015 [11:06]


Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərin ilkin nəticələrini açıqlayıb.

Mia.az xəbər verir ki, bu il keçirilmiş seçkilərdə ən yüksək səsi Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva toplayb. 14 saylı Xəzər seçki dairəsindən namizəd olan Mehriban Əliyevaya  96,7% səs verilib.

Ən az səs yığan isə Fərəc Quliyev olub. 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən namizəd olan MDHP sədri Fərəc Quliyev isə 38,6%- lə deputat olub.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA