Əli Əhmədovdan “karusel əməliyyatı” xəbərlərinə - Reaksiya

img

01-11-2015 [23:02]


Xəbər verdiyimiz kimi, hakim Yeni Azərbaycan Partiyası bu gün keçirilən parlament seçkilərinin yekunları ilə əlaqədar mətbuat konfransı keçirir.

Mia.az xəbər verir ki, "Qafqazinfo”nunkonfransda iştirak edən əməkdaşı bildirib ki, YAP icra katibinin müavini Əli Əhmədov sosial şəbəkələrdə seçkilərlə bağlı paylaşılan "karusel əməliyyatı” ilə bağlı videolara da münasibət bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan pozuntularla bağlı ölçü götürüləcək:

"Əlbəttə ki, bunlar ciddi şəkildə araşdırılacaq. Mənim əldə etdiyim məlumata görə, belə hallar say etibarilə azdır. Bunlar səsvermənin nəticələrinə kölgə salmağa əsas vermir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA