Azay Quliyevin Seçki Qərargahından növbəti bəyanat...

img

01-11-2015 [15:02]


8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd olan Azay Quliyevin seçkii qərargahı təşkil olunmuş təxribat qrupu haqda məlumat yayıb:  

"Təəssüf ki, bəzi namizədlərin yaratdığı təxribat qrupu sosial şəbəkələr üzərindən saxta materiallar yayırlar. Belə təxribatlardan biri də Azay Quliyevin adı işarələnmiş bülletenlərin şəklini çəkərək guya onun seçiciyə pulla verildiyi haqda dezinformasiyadır. Eyni zamanda, əldə etdiyimiz məlumata görə bu qrup Azay Quliyevn adı işarələnmiş saxta bülletenlər hazırlayaraq onları tək-tək və topa şəklində seçki qutularına atmağa cəhd göstərərək, seçki prosesinin demokratikliyinə xələl gətirməyə çalışırlar. 

Daxil olan digər məlumata görə, təxribatçı qrup guya inzibati resurslardan və "karusel” üsulundan istifadə etməklə seçicilərin kütləvi şəkildə məntəqələrə gətirilməsi haqda saxta məlumatlar yaymağı da planlaşdırırlar. 

Bu hallarla bağlı biz artıq, yerli və beynəlxalq müşahidəçiləri məlumatlandırmışıq". 

Bəyanatda o da bildirilir ki, Azay Quliyevin Seçki Qərargahı bu kimi qanunazidd əməlllərin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə artıq MSK, 8 saylı DSK və hüquq-mühafizə orqanlarına müraciət edib.   


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA