İcra başçısı bütün seçki məntəqələrini dağıtdırıb – Bərdədə şok olay

img

01-11-2015 [13:42]


"Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev bütün seçki məntəqələrində məşvərətçi müşahidəçilərimin seçki prosesini müşahidə etməyə qadağa qoyub”.

Bunu Avrasiya.net-ə 93 saylı Bərdə şəhər seçki dairəsindən deputatlığa namizədliyini verən tanınmış politoloq Ərəstun Baxşəliyev bildirib.

Onun sözlərinə görə, icra başçısının tapşırığı ilə məşvərətçi müşahidəçilərimi prosesi izləməyə icazə verməyiblər: "Rayondakı bütün seçki məntəqləri dağıdılıb, müşahidəçilərə hədə-qorxu gəlinib. Mən prosesin belə başlayacağını heç gözləməzdim. iCra başçısının seçki prosesinə belə müdaxilə etməsi onu deməyə əsas verir ki, nəticələr indidən saxtalaşdırılıb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA