“Seçkilərdən böyük gözləntilərimiz vardı, ancaq..." - AMİP-dən etiraf

img

31-10-2015 [15:54]


"Seçkilərdən böyük gözləntilərimiz vardı, hesab edirdik ki, hakimiyyət dünyada və regionda sürətlı prosesləri, ölkədəki böhranlı və dərin problemli durumu nəzərə alıb yumşalacaq və demokratik dəyərlərə güzəşt edəcək”. 

AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov deyib.

Ə.Orucov qeyd edib ki, Azərbaycanın maraqları və mövcud təhlükələrin artdığı indiki durumda parlamentin beynəlxalq standartlara yaxın formalaşdırılması çox vacibdir: "Lakin yazıqlar olsun ki, hakimiyyət bu fürsəti əldən buraxmaqla bərabər, həm də daxili vəziyyəti gərginləşdirmə, məmləkəti dalana dirəmə, sürükləmə yolunu seçdi. Həm özünü, həm də cəmiyyəti sərt radikallaşmaya çəkdi”.

AMİP yetklisinin sözlərinə görə, iqtidarın Kremlə güvənərək sivil dünyaya, beynəlxalq ictimaiyyətə meydan oxuması yaxşı hal deyil: "Müxalifətin və xalqın bu seçkilərə münasibəti göz önündədir. Bu parlamenti də xalq seçməyəcək, seçicinin iradəsi ilə formalaşmayacaq, beləliklə də legitim sayılmayacaq. Bununla da seçki bir instutut kimi tamamilə sıradan çıxacaq. Bunun da acı sonluğu görmək üçün nə dərin biliyə, nə siyasətçi, nə də analitik olmağa ehtiyac var”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA