Azay Quliyevin seçicilərlə daha bir görüşü - FOTOLAR

img

30-10-2015 [01:06]


Bu gün seçicilərlə təmaslarını davam etdirən 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizəd Azay Quliyev Koroğlu Rəhimov 53-A ünvanında yaşayan seçicilərin dəvətilə onların yaşadığı binada olub.

Seçicilərinin müraciətlərini dinləyən və problemləri ilə yerindəcə tanış olan Azay Quliyev qaldırdırılan məsələlərin həlli ilə bağlı müvafiq addımlar atacağını bildirib.

Gün ərzində Seçki Qərargahında 100-dən artıq seçici ilə fərdi və kollektiv görüş keçirən Azay Quliyev yenidən deputat seçiləcəyi təqdirdə müvafiq dövlət qurumlarının dəstəyi ilə mövcud problemlərin aradan qaldırılmasına yardım edəcəyini deyib.

Seçicilər Azay Quliyevdən gözləntilərinin böyük olduğunu və 1 noyabrda mütəşəkilliklə seçki məntəqələrinə gələrək ona səs verəcəklərini vurğulayıblar.

az01az02az03


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA