İcra başçısını rüsvay edən şok video yayıldı - Müavinlə müəllimlərin toplantısı (VİDEO)

img

29-10-2015 [23:14]


Mia.az-ın poçtuna Lənkəranda seçki saxtakarlığını əks etdirən maraqlı video daxil olub.

Videodan göründüyü kimi,  Lənkəran rayon İcra Hakimiyyətinin rəsmisi Əlimərdan Əliyev  seçki proseduruna qanunsuz müdaxilə edərək  müəllim, həkim və digər  dövlət orqanları əməkdaşlarını Lənkəran şəhər Mədəniyyət Mərkəzinə  yığaraq onlara öz  "seçki ssenari"sini açıqlayır. Müəllim  və ziyalı  heyətinə kobud davranmaqla yanaşı, onları onbaşı, yüzbaşı, beşminbaşı adlandırır.

Videonu göndərən lənkəran ictimaiyyəti qeyd edir ki, 2015 –ci il 5 – ci çağırış  seçkilərində təzyiq altındadırlar: 

"Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun  seçki ssenarisi qarşısında çıxılmaz  vəziyyətdə qalmışıq. Belə ki,  hər gün  dövlət qurumlarının nümayəndələri ilə görüş keçirən icra başçısı  bizi  birmənalı olaraq öz biznes ortağı Rüfət Quliyevə səs verməyə məcbur edir".

Qeyd edək ki, məcəllənin 308.2  maddəsi əsasən seçki və referenduma qanunsuz müdaxilə cəhdləri üçün nəzərdə tutulub. Bu maddə vəzifə səlahiyyətlərinin aşılmasının ən ağırlaşdırıcı halı üçün nəzərdə tutulub və seçkilərə qanunsuz müdaxilə ilə bağlı cəzanın təyinini özündə ehtiva edir.

Mia.az videonu da təqdim edir:



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA