29-10-2015 [17:56]
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Müsavat Partiyasının noyabrın 1-nə təyin edilən parlament seçkilərində iştirakdan imtinası ilə bağlı MSK-ya etdiyi müraciətə baxılıb.
MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı partiyanın noyabrın 1-də keçiriləcək seçkilərdə iştirak etməkdən imtina etməsi ilə bağlı MSK-ya müraciət edib. Onlar müraciətlərində seçkilərin 4 ay sonraya təxirə salınmasını istəyiblər.
N.Məmmədov bildirib ki, seçki qanunvericiliyində indiki halda seçkilərin təxirə salınması nəzərdə tutulmayıb:
"Yəni seçkilərdə alternativlik olmazsa, bu, baş verə bilər. Seçkilərdə iştirakdan imtina ilə bağlı isə səsvermə gününə 10 gün qalmış müraciət olunmalıdır. Müsavat Partiyasının addımları isə qanunvericiliyə ziddir. Səsvermə gününə 10 gün qalmış seçki bülletenləri çap olunur, bu müddətdən sonra isə namizədliyin geri götürülməsi seçiciləri çaşdıra bilər”.
MSK sədrinin müavini bildirib ki, burada seçkilərə aid məsələlər çox azdır: "Ona görə də müraciət təmin edilə bilməz. Burada heç bir hüquqi əsas yoxdur. Bundan bir çıxış yolu tapılmalıdır”.
MSK sədri Məzahir Pənahov deyib ki, bu cür sənədin indi qəbul olunması mümkün deyil: "Bu, seçiciləri çaşdıra bilər. Bizim bunu təmin etməməyimiz təbiidir. Namizədləri partiya irəli sürüb, geri çəkmək də partiyanın səlahiyyətindədir. Lakin qanunda, Seçki Məcəlləsində namizədliyin indi geri götürülməsi üçün prosedur yoxdur. Əgər öncədən iştirak etmək istəmirdilərsə, müddət bitməmiş dairə seçki komissiyalarına müraciət etməli idilər. Etməyiblərsə, deməli, məqsəd başqadır. İndiki halda DSK-lar müraciəti qəbul edə bilməz.
MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, onlar bununla bağlı ictimaiyyəti məlumatlandırmalıdırlar: "Bilməlidirlər ki, bunun hüquqi proseduru yoxdur”. MSK Müsavat Partiyasının müraciətini təmin etməyib.
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir