Prezident Administrasiyasında xüsusi komissiya yaradıldı

img

29-10-2015 [17:29]


Prezident Administrasiyasında sahibkarların problem və şikayətini dinləmək üçün xüsusi komissiya yaradılıb. Komissiya respublikanın dörd bir yerindən Prezident Administrasiyasına üz tutan sahibkarların problemi ilə maraqlanır, onları narazı salan məqamları qeyd edir, onların fəaliyyətinə hansı dövlət qurumlarının maneçilik yaratdığını müəyyənləşdirir.


Mənbənin sözlərinə görə, komissiya tərəfindən  şikayətləri saytımızda işıqlandırılan Tərtər, İmişli və s. rayonların sahibkarlarının problemi də dinlənilib, lazımi qeydlər aparılıb.


Məlumata görə, 1 noyabr seçkilərindən sonra sahibkarların probleminin həlli istiqamətində komissiya tərəfindən konkret addımların atılacağı gözlənilir. Sahibkarları narazı salan halların aradan qaldırılmasının bəzi dövlət qurumlarının cəzalandırılması fonunda həyata keçiriləcəyi də istisna edilmir(Moderator.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA