"Nəticəni tanımayacağıq..." - Milli Şuradan seçki bəyanatı

img

29-10-2015 [16:07]


"Milli Şura 1 noyabr parlament seçkilərinin nəticələrini tanımayacaq, çünki bu seçkilər əhalinin iradəsini ifadə etmir”.

Mia.az bildirir ki, bu barədə qurumun yaydığı bəyanatda açıqlanıb.

Bəyanat müəllifləri hesab edirlər ki, parlament seçkiləri kimi mühüm siyasi kampaniya ölkə gündəminə daxil ola bilmir. Buna səbəb isə seçki şəraitinin olmaması, seçki təbliğatının hiss edilməməsi, azad rəqabət imkanlarının aradan qaldırılması, məhdud zaman daxilində belə namizədlərin ənənəvi televiziya debatlarının ictimai müzakirədən çıxarılması parlament seçkilərinə olan marağın sıfıra enməsidir. (Turan)

Milli Şura hesab edir ki, teledebatlardan imtina 2018-ci il prezident seçkilərinə presedent yaratmaq cəhdidir. Milli Şura həmçinin son illərdə siyasi partiya təmsilçiləri, ictimai hərəkat fəalları, insan haqları müdafiəçiləri, araşdırmaçı jurnalistlərin kütləvi həbslərə  toxunaraq bu həbslərin vətəndaş cəmiyyətinin deyil, ilk növbədə seçki ideyasının çökdürülməsinə hesablandığını bildirib.

  Bəyanatda  ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosunun 1 noyabr seçkilərinə gəlişinə icazə verilmədiyi   xatırladılıb.

 Sənəddə 1200 namizəddən 500-ə qədərinin öz namizədliyini geri çəkmək məcburiyyətində qaldığı qeyd olunub. "Bu, son 20 ilin parlament seçkiləri təcrübəsində ən aşağı göstəricidir. Milli Şuranın boykot qərarının doğruluğu öz təsdiqini tapdı”, - deyə sənəddə bildirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA