Bakıda etiraz yürüşü başlayıb, yüzlərlə insan küçələrə çıxdı – FOTO

img

29-10-2015 [13:14]


Paytaxtda "Azərinşaatservis" MMC-nin işçiləri etiraz aksiyası keçirir. Xeberle.com-a daxil olan məlumata görə, işlədikləri təqdirdə 5 aydır əmək haqqı almayan şirkət əməkdaşları artıq buna qarşı öz etirazlarını bildirmək qərarına gəliblər. Əmək haqqı ala bilməyən 200 nəfərə yaxın işçi Dərnəgül istiqamətindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə doğru etiraz yürüşü edirlər.


*** 

Yürüş edən işçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıblar. Nazirlikdə etirazçıları qəbul edən dövlət qurumunun əməkdaşı işçilərə bildirib ki, məsələ araşdırılacaq və yaxın müddətdə müvafiq cavab veriləcək. Bununla razılaşmayan etirazçılar Prezident Adminstrasiyasına doğru yürüş etməyi planlaşdırırlar. 
Bakıda etiraz yürüşü başlayıb, yüzlərlə insan küçələrə çıxdı – FOTOBakıda etiraz yürüşü başlayıb, yüzlərlə insan küçələrə çıxdı – FOTOBakıda etiraz yürüşü başlayıb, yüzlərlə insan küçələrə çıxdı – FOTOBakıda etiraz yürüşü başlayıb, yüzlərlə insan küçələrə çıxdı – FOTO

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA