28-10-2015 [16:27]
Noyabrın 1-i Azərbaycanda V çağırış Milli Məclisə seçkilər günüdür. Xeyli vaxtdır ki, bu məqsədlər seçki prosesinə start verilib.
Müvafiq sənədlərin, o cümlədən imza vərəqələrinin Mərkəzi Seçki Komissiyasından götürülməsi, doldurularaq geri qaytarılması, namizədlərin qeydə alınması prosesi artıq arxada qalıb. İndi namizədliyi qeydə alınmış şəxslər öz təbliğat-təşviqatları ilə məşğuldurlar. Parlament seçkiləri öncəsi vəziyyət, Qərbdən idarə olunan anti Azərbaycan kampaniyası, radikal müxalifətin boykot qərarı, bu hadisələrin Azərbaycan seçicisinin iradəsinə və seçiminə təsiri, həmçinin digər məsələlərlə bağlı "Kaspi”nin suallarını "Parlament-2015” Seçki Monitorinq Koalisiyasının koordinatoru, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri, politoloq Rufiz Qonaqov cavablandırır.
- Rufiz müəllim, Siz "Parlament-2015” Seçki Monitorinq Koalisiyasının koordinatorusunuz. Öncə bu Koalisiyanın fəaliyyəti barədə məlumat vermənizi istərdik. İndiyə kimi Koalisiya tərəfindən hansı işlər görülüb?
- "Parlament-2015” Seçki Monitorinq Koalisiyası 1 oktyabr tarixində BMAM, Qarabağ Araşdırılmalar Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi, Tətbiqi Tədqiqatlar Fondu və Azərbaycan Tələbələr Birliyi tərəfindən yaradılıb. Koalisiyanın yaradılmasında əsas məqsəd parlament seçkilərinin bütövlükdə monitorinqini keçirmək, bu barədə hesabatlar hazırlayaraq ictimaiyyətə açıqlamaqdır. Koalisiya indiyədək paytaxt və regionlarda seçkilərdə iştirak, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçki təşviqatı prosesləri, o cümlədən siyasi qüvvələr arasında bərabər rəqabət imkanları, namizədlərin seçicilərlə görüşlərinin təşkili və sair məsələlərin monitorinqini aparıb, seçicilərin namizədlərə münasibətini öyrənmək üçün rəy sorğuları keçirib. Bundan əlavə, kütləvi informasiya vasitələrində elektron informasiya vasitələrində yerləşdirilmiş təbliğat materialları mütəmadi olaraq izlənilib, müvafiq təhlillər aparılıb. 1 oktyabrdan 27 oktyabra kimi monitorinqin birinci mərhələsidir. Bu mərhələni əhatə edən monitorinqin nəticələri üzərində iş artıq yekunlaşıb. Yaxın günlərdə bu barədə Koalisiyanın ilkin aralıq hesabatı ictimaiyyətə açıqlanacaq. Monitorinqin ikinci mərhələsi təbliğat-təşviqatın sonu, seçki günü və seçki gününün qiymətləndirilməsini əhatə edəcək. Çox güman ki, bu barədə ikinci hesabat seçki gününün sonunda olacaq. Bununla həm də seçkinin nəticələrinə münasibət bildiriləcək. Həmin vaxt bütün beynəlxalq müşahidəçilərin rəyləri, eyni zamanda keçirilmiş ekzitpolların nəticələri müqayisə olunacaq, təhlil ediləcək. Bununla yanaşı, Koalisiyanın 500 nəfərlik müşahidəçisi monitorinqə cəlb olunub. Onlar xüsusi geyimlərdə ölkədəki 125 seçki dairəsindən 118-də seçki günü müşahidə aparacaqlar. Koalisiyanın sonuncu hesabatı isə seçkidən 10 gün sonra, yəni Mərkəzi Seçki Komissiyasının yekun rəyi və Konstitusiya Məhkəməsinin qərarının ardınca açıqlanacaq və ümumilikdə parlament seçkilərinə münasibəti özündə ifadə edəcək.
- Qeyd etdiniz ki, monitorinqin birinci mərhələsi oktyabrın 27-də başa çatıb. Nəticələr necədir?
- Monitorinqin birinci mərhələsinin nəticələri barədə geniş şəkildə keçirəcəyimiz mətbuat konfransında məlumat veriləcək. Amma qısa da olsa deyim ki, müşahidələr və aparılmış sorğular, eyni zamanda kütləvi informasiya vasitələrində izlənilmiş bütün yazılar, eləcə də dairələr və məntəqələrdə namizədlərin keçirdiyi görüşlər barədə məlumatlar hələlik seçki prosesinin normal getdiyini sübut edir. Ümumiyyətlə, seçki prosesində bu günə kimi hər hansı ciddi qanun pozuntusu sayıla biləcək, narahatlıq yaradacaq hal baş verməyib.
- Bildirirsiniz ki, seçki prosesi normal qaydada davam edir. Lakin Qərbdən idarə olunan bəzi xarici qüvvələr hələ seçki prosesi başlamazdan, yaxud yekunlaşmamışdan qabaq Milli Məclisə seçkilər barədə yanlış rəy formalaşdırmağa başlayıblar. Sizcə, həmin dairələrin məqsədi nədir? Nə üçün parlament seçkiləri barədə bu cür qeyri-obyektiv rəy yaradırlar?
- Çox təəssüflər ki, əvvəlki seçkilərdən öncə olduğu kimi indi də parlament seçkiləri ərəfəsində bəzi Qərb dairələri, xüsusilə də erməni lobbisinin təsiri altında olan müəyyən beynəlxalq təşkilatlar Azərbaycana qarşı növbəti dəfə qarayaxma kampaniyasına, ölkəmiz barədə həqiqətdən uzaq, ədalətsiz rəy formalaşdırmaq cəhdlərinə başlayıblar. Bununla onlar Azərbaycan barədə qərəzli mövqelərini davam etdirirlər. Burada əsas məqsəd ondan ibarətdir ki, Azərbaycanı öz müstəqil siyasi kursundan döndərsinlər, ölkəmizlə hədə dilində danışaraq onu nəyəsə məcbur etsinlər, nüfuzdan salsınlar. Dəfələrlə sübut olunub ki, hər dəfə Azərbaycanda hansısa əhəmiyyətli hadisə baş verəndə, beynəlxalq miqyaslı tədbirlər keçiriləndə bu cür davranış nümayiş etdirilir. Lakin qətiyyətlə demək olar ki, bütün bu cəhdlər uğursuzdur. Bunların heç birinin təsiri olmayacaq. Heç bir kənar qüvvə, heç bir yad təsir Azərbaycanı, onun Prezidentini öz yolundan, milli və dövlətçilik maraqlarına söykənən siyasətdən döndərə bilməz. Azərbaycan bu barədə qətiyyətli mövqeyini hər zaman ortaya qoyub. Ölkəmiz regionun lider dövləti kimi müstəqil, dönməz xarici və daxili siyasətindən heç zaman geri çəkilməyəcək. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasi kurs hazırda ölkə rəhbəri İlham Əliyev tərəfindən də inamla davam etdirilməkdədir. Əgər kimlərsə düşünürsə ki, Azərbaycana təzyiq etməklə, ölkəmizlə hədə dilində danışmaqla nəyəsə nail olacaqlar, onlar yanılırlar. Azərbaycanın daxili və xarici siyasətini ölkə əhalisi də tam olaraq dəstəkləyir. Bunu aparılan rəy sorğularının, o cümlədən bu günlərdə ABŞ-ın, Fransanın nüfuzlu təşkilatlarının apardığı sorğuların nəticələri də təsdiqləyir. Ölkə əhalisinin 81 faizdən çoxu Prezident İlham Əliyevin siyasətini dəstəkləyir, onun siyasi kursu xalq tərəfindən müdafiə olunur. Əslində bu reallıq heç bir şərh əlavə edilmədən qərəzli xarici dairələrə, ikili standartları özlərinə fəaliyyət növü seçən beynəlxalq təşkilatlara tutarlı cavabdır. Bu gün Azərbaycanda tam sabitlik var və ölkə daxilindəki bütün proseslər qanunun aliliyi, demokratik prinsiplər çərçivəsində həllini tapır. V çağırış Milli Məclisə seçkilərin də qanun çərçivəsində, azad, demokratik və şəffaf şəkildə keçəcəyinə əminəm. Noyabrın 1-ə təyin olunan parlament seçkilərində iştirak etmək üçün 29 siyasi partiya müraciət edib, onların əksər namizədləri qeydə alınıb. Hazırda Milli Məclisdəki 125 yerin hər biri uğrunda təqribən 6 namizəd mübarizə aparır. İnanıram ki, onlar arasında ən güclülər, vətəndaşların daha çox səsini toplayanlar sonda qələbə qazanacaq, seçicilərini qanunverici orqanda təmsil edəcəklər.
- Azərbaycan əleyhinə aparılan qərəzli kampaniya ölkə vətəndaşlarının, xüsusən də seçicilərin seçiminə hər hansı formada təsir edə bilərmi?
- Bu qarayaxma kampaniyası, ölkəmiz əleyhinə təbliğat Azərbaycan seçicisinin iradəsinə və seçiminə hər hansı formada təsir göstərə bilməyəcək. Mən buna tam əminəm. Çünki Azərbaycan seçicisi dünyada baş verən prosesləri, reallıqları yaxşı dərk edir. Azərbaycan xalqı demokratiya libasına bürünərək müstəqil dövlətlərin ərazi bütövlüyünü, suverenliyini pozan, həmin cəmiyyətlərdə xaos, anarxiya, vətəndaş müharibəsi yaradan qüvvələrin əsl məqsədini çox gözəl bilir. Şərq aləmini müharibə meydanına döndərənlərin insanlara xoşbəxtlik, azadlıq gətirmədikləri indi Azərbaycanda hər kəsin dərk etdiyi reallıqdır. Bir qədər əvvəl xatırlatdığım sorğuların nəticələri də bunu təsdiq edir. Ona görə də əsasən Qərbdən istiqamətləndirilən qarayaxma kampaniyasının Azərbaycan vətəndaşlarına hər hansı formada təsir edəcəyi inandırıcı deyil. Sadəcə təəssüf edirik ki, Qərb özünün ənənəvi ikili standartlar metodundan yenə də əl çəkmir, güclənməkdə, dünyada nüfuzu getdikcə artan dövlətlərə qarşı bundan təzyiq kimi istifadə edir. Biz çox istərdik ki, bizə qarşı neqativ münasibət sərgiləyən qüvvələr şərin, yalanın deyil, həqiqətin, haqq-ədalətin carçısına çevrilsinlər.
- Ermənipərəst xarici qüvvələrlə yanaşı, saı özümüzdən olan baltalar – radikal müxalifət liderləri də parlament seçkiləri barədə qeyri-obyektiv fikir yürüdür, düşmən dəyirmanına su tökəcək mövqe nümayiş etdirirlər. Hətta bir qədər də irəliyə gedərək, hər kəsi seçkini boykot etməyə çağırır, seçkiyə gedən digər müxalifət funksionerlərini təhqir edirlər. Belə münasibətin yaranmasına səbəb nədir?
- 2013-cü ilin oktyabrında keçirilən prezident seçkilərində müxalifətin radikal qanadı hamılıqla birləşib Milli Şura adlı bir qurum yaratdılar. Özlərini demokratik qüvvələr kimi cəmiyyətə təqdim edən bu adamlar həddən artıq böyük iddialarla çıxış edirdilər. Bəyan etmişdilər ki, Milli Şura yaranan kimi Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti, o cümlədən vətəndaş cəmiyyəti, media cameəsi onlara hərtərəfli dəstək verəcəklər. Onlar bu yolla insanları aldatmaq istəyirdilər. Lakin biz bu deyilənlərin tamamilə əksini müşahidə etdik. Müsavat və Xalq Cəbhəsi partiyaları, bir-iki nəfər də özünü siyasətçi adlandıran şəxslər istisna olmaqla, heç kim onlara ciddi dəstək vermədi. Baxmayaraq ki, Milli Şuraya şəhərin mərkəzində aksiya keçirmək üçün meydan, aksiyasına icazə verilmişdi, amma onlar bu mitinqlərə adam toplamağı bacarmadılar. İndi özünüz təsəvvür edin. Deməli, radikal müxalifət, xüsusən də AXCP-nin nəzarəti altında olan Milli Şura parlament seçkilərində də biabırçı şəkildə məğlub olacağını, xalqın səsini toplaya bilməyəcəyini təxmin edir. Ona görə də qabaqdangəlmişlik edərək, boykot taktikasına üstünlük verir, guya parlament seçkilərinin qeyri-obyektiv keçəcəyi barədə indidən rəy formalaşdırmağa çalışırlar. Onlar 2013-cü ildə uğradıqları uğursuzluqdan sonra istefa verib ümumiyyətlə partiyalarını, təşkilatlarını buraxmalıydılar. Çünki son 20 il ərzində davamlı şəkildə bütün seçkiləri uduzan bir partiya, təşkilat reallıqla barışmalı, gücsüzlüyünü dərk etməli siyasi səhnədən getməlidir ki, ondan sonra gələnlər yeni ideyalarını ortaya qoya bilsinlər. Amma indiki radikal müxalifət liderləri rəhbərlik etdikləri partiyaları öz mülkü hesab edir, partiya sədrliyindən getmək istəmirlər. Bu da qeyri-demokratik, yalnız öz mənafeyinə söykənən idarəetmə üsulunun bir növüdür.
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir