28-10-2015 [13:51]
Azərbaycan Respublikasının Milli Məclisinə 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd Əflatun Amaşov dünən Saatlı rayonunun mərkəzində seçicilərlə görüş keçirib.
Mia.az namizədin seçki qərargahına istinadən xəbər verir ki, rayon mərkəzinə yaxın kəndlərin sakinlərinin də qatıldıqları görüşdən öncə toplantı iştirakçıları olan media nümayəndələri Ümummilli Lider Heydər Əliyevin rayonda ucaldılmış abidəsini ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
700-ə yaxın seçicinin qatıldığı görüşdə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli, veteran jurnalistlər Məzahir Süleymanzadə və Oqtay Əliyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, «Olaylar» qəzetinin baş redaktoru Yunus Oğuz, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl deputatlığa namizəd barədə fikirlərini bölüşüblər.
Çıxışlarda bildirilib ki, Ə.Amaşovun istər Azərbaycan Mətbuat Şurasının sədri kimi, istərsə də media sahəsində daha öncəki fəaliyyəti nümunəviliyi ilə diqqəti çəkib. Bu keyfiyyət namizədin səmimiliyindən, işgüzarlığından və qayğıkeşliyindən qaynaqlanıb. Topladığı təcrübə də imkan verir ki, o, Azərbaycan Respublikasının Milli Məclisi kimi mötəbər tribunada təmsilçilik hüququ qazansın.
Çıxışlarda Ə.Amaşovun ona etimad göstəriləcəyi təqdirdə seçicilərin güvənini doğrultmaq üçün əzmlə çalışacağı birmənalı vurğulanıb. Ə.Amaşov kimi şəxslərin Milli Məclisdə təmsilçiliyinin təkcə bir dairənin seçiciləri deyil, eyni zamanda bütövlükdə ölkə üçün faydalı tərəfləri üzərində dayanılıb. Saatlı camaatının noyabrın 1-də obyektiv seçim edəcəyinə dərin inam hissi ifadə olunub.
Deputatlığa namizəd Ə.Amaşov çıxışına özünün seçki kampaniyası çərçivəsində indiyədək keçirdiyi görüşlər barədə məlumat verməklə başlayıb: «Seçkiqabağı təbliğat-təşviqat kampaniyasına Qarayevkənd kəndindən başladıq. Fürsətdən istifadə edib mənimlə görüşə gələn, fikir və düşüncələrimi dinləyən, müxtəlif məsələlərlə bağlı təkliflərini səsləndirən saatlılılara minnətdarlığımı bildirirəm. Onların səmimiyyəti, xoş münasibəti məni ruhlandırdı. Eyni zamanda məsuliyyət hissimi bir qədər də artırdı. Düşündüm ki, seçici inamını doğrultmaq bir şəxsin ictimai-siyasi xadim kimi cəmiyyətdə nə qədər özünütəsdiqləmək imkanıdırsa, bir o qədər də vicdan məsələsidir. Əlbəttə, həlli mümkün olan və həllini gözləyən məsələlər var. Zənnimcə, hər bir halda münasibətdən çox şey asılıdır. Hesab edirəm ki, deputat seçicisinə münasibətdə həssas olmalıdır. Mənə etimad göstərib Milli Məclisin üzvü olmağım üçün səs versəniz, bunun qarşılığındakı ən böyük vədim həssaslığım olacaq».
Ə.Amaşov Azərbaycanda bütün sahələrdə dinamik islahatların aparıldığını vurğulayıb. O bildirib ki, görülən işlərdə başlıca məqsəd vətəndaş rifahının təmin olunmasıdır. Ümumilli Lidermiz Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi və zənginləşdirdiyi siyasi kurs da məhz buna söykənir:
«Əlbəttə, iş olan yerdə problemlər qaçılmazdır. Ümumən aradan qaldırılması vacib olan çətinliklər qalmaqdadır. Saatlı rayonu da bu baxımdan istisna deyil. Hesab edirəm ki, işlərin yoluna qoyulması deputat-vətəndaş münasibətlərinin səmərəliliyindən asılıdır. Münasibətləri sistemli şəkildə qurmaq üçün seçicilərlə müntəzəm təmaslar şərtdir. Deputat seçiləcəyim təqdirdə sizlərlə daim təmasda olacam. Elə bilirəm ki, münasibətlərimizin sıxlığı çətinliklərin aradan qaldırılmasında effektivlik yaradacaq, bölgənin problemlərinin kompleks həll variantlarını Milli Məclisin komitələrinə, iclaslarına daşıyacaq. Bu, dövlətimiz qarşısındakı xidmətimiz, Prezident İlham Əliyevin həyata keçirdiyi kursa sadiqliyimiz olacaq».
Ə.Amaşov bildirib ki, uzun illər media sahəsində çalışan biri kimi kütləvi informasiya vasitələrinin problemlərinin həllinə çalışmaq da qarşısında duran mühüm vəzifələrdəndir: «Media cəmiyyətin güzgüsüdür. Həm Ümumilli Lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev idarəçilikdə medianın rolunun vacibliyini əsaslandıran fikirlərlə çıxış edib. Mövcud istiqamətdə fundamental əməli tədbirlər də gerçəkləşdirilib. Ümumən onu demək lazımdır ki, güclü media vətəndaşların üzləşdikləri çətinliklərin aradan qaldırılmasına çalışan ən böyük ictimai institutdur. Siz seçicilərin problemləri qəzetlərdə, informasiya agentliklərində, internet saytlarda nə qədər peşəkar şəkildə işıqlandırılsa, həll variantları daha tez tapılar. Media həm də Azərbaycan həqiqətlərinin dünya miqyasında təbliğinin ən effektiv yoludur. Buna görə də jurnalist fəaliyyətini stimullaşdıran, kütləvi informasiya vasitələrinin əməkdaşlarının peşəkarlıqlarının artırılmasına yönələn qanunvericilik sənədlərinin qəbuluna ehtiyac var. Etimadınızı qazanaramsa, bu istiqamdə sistemli iş aparacam».
Deputatlığa namizəd Ə.Amaşov həmçinin qeyd edib ki, vətəndaşların qayğılarına fərdi yanaşma da vacibdir: «Mətbuat Şurasına rəhbərlik etdiyim illərdə ayrı-ayrı insanlarla təmasda olmuşam. Bəzən xırda hesab etdiyimiz həyat qayğıları ilə yüklənənlərinə də rast gəlmişəm. Unutmaq olmaz ki, mənim, sənin, bir başqasının problemi bütövlükdə cəmiyyətin problemini, narazılığını doğurur. Hesab edirəm ki, deputat olmağı düşünən şəxs bu məqamı mütləq şəkildə nəzərə almalıdır. Bir telefon zəngilə həlli mümkün məsələ varsa, heç bir halda köməyini əsirgəməməlidir. Mən bu vaxtadək belə işləmişəm. Bundan sonra da eyni qaydada davam edəcəm. Hər bir Saatlı seçicisinin ümid yeri olacam. Seçiləcəyim təqdirdə nümunəvi deputat kimi təkcə saatlılıların deyil, digər bölgələrdən olan vətəndaşlarımızın da yanında olacam, qayğılarını, çətinliklərini bölüşəcəm».
Qeyd edək ki, deputatlığa namizəd Ə.Amaşovun seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində oktyabrın 13-dən başlanan təmaslar 62 saylı Saatlı seçki dairəsinə daxil olan kəndlərin tam əskəriyyətini əhatə edib. Həmin görüşlərdə deputatlığa namizədin həyat və fəaliyyəti, indiyədək gördüyü işlər, eyni zamanda Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunacağı təqdirdə həyata keçirməyi planlaşdırdığı tədbirlər barədə ətraflı məlumat verilib, seçiciləri maraqlandıran suallar cavablandırılıb.
MİA.AZ







İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir