Oqtay Əsədov generalın oğlunu işdən çıxardı

img

27-10-2015 [19:53]


MTN-in idarə rəisi, eks-nazir Eldar Mahmudovun "kassiri” kimi tanınan general Akif Çovdarovun oğlu Ruslan Çovdarov Milli Məclis aparatındakı məsləhətçi vəzifəsindən çıxarılıb.

Mia.az-ın məlumatına görə, bu barədə virtualaz.org saytına məlumatlı mənbə bildirib.

Hazırda Milli Məclisin aparatında Akif Çovdarovun qohumu da işləyir, ancaq mənbə onun sonrakı taleyi barədə informasiyaya malik deyil.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu isə Lent.az-a açıqlamasında iş gününün sonu olduğu üçün xəbəri tə təsdiq, nə təkzib edib, bu barədə sabah açıqlama verəcəyini bildirib. 

Akif Çovdarovun oğlu işdən çıxarıldı
AKİF COVDAROV

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA