27-10-2015 [17:40]
104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd Rafiq Məmmədhəsənov seçiciləri ilə görüş zamanı etirazla qaşrılanıb. Mediada qayılan videodan aydın olur ki, səhiyyə sahəsindəki problemlərə etiraz edən qadın bununla bağlı indiki deputatdan cavab istəyir.
Mia.az xəbər verir ki, Rafiq Məmmədhəsənov Modern.az-a açıqlamasında qadının rəqibləri tərəfindən öyrədilərək onun üzərinə göndərildiyini qeyd edib və o, konkret ad da çəkib: "Qadın rəqibim Nazim Məmmədov tərəfindən öyrədilmişdi...”.
Nazim Məmmədov isə rəqibinin bu açıqlamasının iftira olduğunu bildirib. O, media vasitəsi ilə Rafiq Məmmədhəsənova müraciət edib.
N.Məmmədovun Seçki Qərərgahının Mia.az-a daxil olan müraciətdə bildirilir:
"Hörmətli Rafiq müəllim!
Bu gün mənə qarşı atdığınız iftiranı modern.az saytında oxudum, yadıma 21 oktyabr 2015-ci il tarixdə namizəd olaraq Gədəbəy rayonu Hacılar, Qarəvəllər kəndlərindən təbliğat-təşviqat kampaniyasından geri qayıdarkən Çayrəsullu kəndində Sizinlə təşkil olunmuş görüş yadıma düşdü. Hamıdan yaxşı bilirsiniz ki, deputatlığa namizəd olaraq Gədəbəydə, Tovuzda görüşləriniz necə təşkil olunur. Rayondan olan tapşırıq əsasında ətraf kənd icra nümayəndəliyinin rəhbərləri, müavinləri, məktəb direktorları, məntəqə sədrləri, katibləri, kitabxana müdirləri və s. bir sözlə icra strukturlarında vəzifə daşıyanları müəyyən olunmuş gündə, saatda lazımi yerə toplayırdılar. Mənə çox maraqlı oldu ki, KİV-də debat şəraiti olmadığına görə Sizə ünvanlayacağım bir neçə suala cavab tapa bilərəmmi, və ya seçicilərlə görüşdə nədən danışacaqsınız? Heç olmasa Milli Məclisin üzvü kimi özünüz hansı təması qura bilirsiniz.(?!) Mən toplantı yerinə çatar-çatmaz Sizi müşaiyyət edən RİH, YAP təmsilçiləri mənim orada olmağımla bağlı "yuxarılarla” telefon məsləhətləşməsi apardılar. Mən də hiss etdim ki, Siz çox ciddi stress keçirə bilərsiniz, ona görə yaxınlaşıb Sizinlə səmimi görüşdüm, bu toplantıya məcburi gətirilmiş Şınıx "seçicilərinə” Sizi
təqdim etdim. Hər yerdə olduğu kimi YAP yaradıcısı, sonradan Azərbaycan Respublikasının prezidenti olmuş, mərhum Heydər Əliyevə müraciət etmiş 91-dən olduğunuzu, mənimlə birgə deputat həmkar olduğunuzu, 2010-cu il seçkilərində Sizin xeyrinizə geri çəkildikdən sonra 104 saylı dairədən deputat olduğunuzu 50-60 nəfər "seçiciyə” bildirdim. Bütün bunları ona görə etdim ki, Sizin kimi yaşlı bir insanı mənim doğulduğum kənddə çox müsbət olmayan deputat fəaliyyətinizə görə yumşaq desəm "tənqid” etməsinlər, 2010-cu ildən daşıdığınız mandatda mənim haqqımın olmasını Sizə halal etdim. Uzun ömür yolu keçmiş bir ziyalı üçün mənim orada çıxışım əslində dövləti, seçiciləri, hakimiyyəti düşünən bir deputat-namizəd üçün dönüş nöqtəsi olmalı idi. Çox əfsuslar olsun ki, məcburi oraya gətirilmiş şəxslərdən əlavə bir neçə nəfər yerli sakin imkan tapıb Sizin necə "lal, kar, quzu” deputat olmağınız, bölgənin problemləri ilə maraqlanmamağınız və bir dəfə də olsun seçicilərin görüşünə gəlməməyiniz baradə ciddi iradlarını səsləndirdilər. Ancaq rayon YAP sədri onların üstünə qışqırsa da sakitləşdirə bilmədi. Bütün bu səhnə Sizin namizədliyinizi bu dairədən yenidən verilməsinə razılıq verdiyinizə görə şəxsən mənə utanc gətirdi. Sizin hansısa kənddə görüşünüzdə seçicilər tərəfindən çəkilmiş video sosial şəbəkələrdə paylaşılıb, o videoya mən də baxmışam. Bu kimi suallar Sizə dəfələrlə verilsə də, onun cavabını vermək, səbəbini aradan qaldırmaq əvəzinə niyə günahı məhz məndə axtarırsınız? Ona görə Sizə bir neçə sual ünvanlayıram ki, ona cavab verməyə çalışasınız: Məgər Siz 70 yaşını haqlamış bir ziyalı, gələcəkdə insanların xatirəsində "təyin olunmuş deputat”, başqasının haqqına girmiş müsəlman kimi qalmaqdansa, belə səhnələrdən sonra özünüzdə güc tapıb bu kəndlərdən 10 illər ərzində yolsuzluqdan, təbii qazın olmaması ucbatından, iş dalınca şəhərlərə köç etmiş, ancaq adları seçici siyahılarında olan "seçicilərin” hesabına deputat ola biləcəyinizə ümid edirsiniz? Hesab edirsiniz ki, bu inzibati yolla deputat mandatı almaqla Siz hakimiyyətlə xalq arasında normal münasibətlər körpüsü qura bilərsiniz? Hesab edirsiniz ki, 91-lərdən olduğunuza, bəlkə ağsaqqal olduğunuza görə seçici öz deputat seçmək hüququnu təhvil verməlidir? Qanundan daha çox rayondakı məmurdan qorxan məntəqə sədrinin cinayət törətməsi hakimiyyətə xidmətdir? Hesab edirsiniz ki, prezidentə sədaqət ancaq öz mənafeyini güdmək, bu mənafe üçün deputat kimi məsuliyyət daşıdığınız qanunların icrasını kobudcasına pozaraq, ətrafınıza yığışdırılan yerli icra hakimiyyəti nümayəndələri qarşısında hakimiyyəti tərifləməkdir? Siz yenə də fikirləşirsiniz ki, 2010-cu ildə olduğu kimi
prezidentə hörmət əlaməti olaraq, YAP-ın nüfuzunu qorumaq üçün mən yenə də seçkidən çəkiləcəm? Bu addımıma görə hələ indiyə qədər mənə ciddi irad tutan yüzlərlə, minlərlə aktiv seçicilər var, bu təbliğat kampaniyasında yenidən şahid oldum ki, seçici 5 il ərzində Sizi özünün təmsilçisi hiss etməyib. Ancaq Siz gözəl anlayırsınız ki, bütün bu suallara cavabı bilsəniz də, özünüzü bilməməzliyə vursanız da, təbliğat kampaniyanıza toplananlar gözəl bilir. İlk növbədə onlara bu "çirkin oyunu” yaşatdığınıza görə Sizə nifrət edirlər, arxanızca söyürlər, həm də hakimiyyətdən narazı qalırlar. Mən ümid edirəm ki, Siz bu toplantılardan sonra necə addım atacağınıza bir qərar verəcəksiniz. Sizə şans verilir ki, namizədliyinizdən imtina etməklə cənab prezidentimizə, YAP sədrinə ən böyük yaxşılıqlardan birini etmiş olacaqsınız, bu olacağı təqdirdə nüfuzunuz heç olmasa seçicilərin, gədəbəylilərin, tovuzluların gözündə qalxa bilər, beləliklə 10 illik deputat kimi "fəaliyyətsizliyinizi” bu addımla unuda bilərlər.
Bu müraciəti Nazirlər Kabinetinin son iclasında ölkə başçısının çıxışlarından ruhlanan seçicilərin xahişi ilə ona görə yazdım ki, cavan, dinamik prezident İlham Əliyevə mane olmasınlar. İllərlə yüksək dövlət vəzifələrini, deputat mandatlarını inzibati yolla əldə edənlər, imkan verin cəmiyyətdə qəbul olunan, vicdanlı, idarəetmədən anlayışı olan, qanunvericilik fəaliyyəti ilə məşğul ola biləcək enerjili insanlar bu ölkəni normal vəziyyətə gətirməkdə Prezidentə sözdə deyil, əməldə dəstək ola bilsinlər.
Hörmətlə, Nazim Məmmədov".
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir