26-10-2015 [18:21]
Nüsrət MƏMMƏDOV
Bu gün susqunluğumu pozub, çoxdan bəri məni narahat edən məsələyə nöqtə qoymaq istəyirəm. İlk öncə bilməyinizi istəyirəm ki, səssizliyimin tək səbəbi xalqıma olan sayğımdır, istəmirdim ki, bizim pisliklərimizi düşmənlərimiz də bilsin.
Qırğızıstan Respublikası torpaq haqqında qanununa görə hökumətlərarası müqavilə əsasında ayrılan torpaq sahəsi üçün kirə haqqı ödәnilmәlidir. Türkdilli dövlətlərin siyasətinə dəstək fondu Qırğızıstanda fәaliyyәt göstәrәn bir ictimai tәşkilat olaraq fondun xahişi ilә ayrılan torpağ sahәsinә isə kirə haqqı ödənilməsi lazım deyil.
Deməli, H. Orucov Azərbaycan dövlətininin maraqlarına zidd hərəkət edərək, ancaq öz şәxsi maraqları üçün çalışır vә hәm dә Azәrbaycanı, onun Prezidentini beynәlxalq alәmdә nüfuzdan salmağa çalışır. Belәliklә dә o, qәlbindәki kini biruzә vermiş olur Bununla da o, düşmәnimizin dәyirmanına su tökür. İstәmir ki Qırğızıstanda Ulu Öndәrimizin tәbliğatını aparaq. Bununla da o, Ulu Öndәrimizә olan düşmәn mövqeyini ortaya qoymuş olur. Diaspora tәşkilatı Prezidentimizin xaricdәki dayaqlarıdır. Güclü diaspora tәşkilatı, güclü Prezident demәkdir. Bunu da Hidayәt Orucov istәmәdiyini öz çirkin әmәllәri ilә ortaya qoymuş olur
Bişkekdә Ulu öndәrimiz Heydәr Әliyevin adını daşıyacaq Park üçün torpaq sahәsini bizim xahişimizlә ayırıblar. Hidayәt Orucov öz diplomat titulundan istifadə edərək Parkın tikilmәsinә müxtәlif yollarla əngəlliklər yaradır. Haqqımda KQB yә şәr böhtan yazır, bütün görüşlәrinin mövzusu, ancaq fondun rəhbərini qaralamaqla başlayır və bitir. Beləliklə o diplomata yaraşmayan şәrәfsiz hәrәkәtlәr edir. Nәşr etdirәcәyimiz kitabların müәlliflәrinә haqqımızda ağılagәlmәz böhtanlar deyir. Biz kitabları öz halal qazandığımız vәsaitimizlә tәrcümә etdirib, nәşr edib pulsuz yayırıq. Belə olan halda bizim vәtәnimizi, tariximizi, Prezidentimizi tәbliğ etmәkdәn başqa hansı marağımız ola bilәr?!!! Nəşr etdirdiyimiz kitablarda da kitabın pulsuz yayılması haqqında məlumat öz əksini tapıb. Təbliğat üçün nəşr edib yaydığımı kitabların əvəzində müəllifdən heç bir umacağım yoxdur, haradasa haqqımda xoş söz deməyinə də ehtiyacım yoxdur. Yeganə məqsədim Azərbaycanın təbiği. Sapı kimdən olduğu bilinməyən baltalarımızin da bu xoşuna gəlmir. Dəridən qabıqdan çıxırlar ki təbliğatımızı aparmayaq. Beləliklə də o üzündəki mələk maskasını çıxardaraq iblis sifətini göstərmiş olur.
Hidayәt Orucov yazdığı yazılardan birindә göstәrirdi ki o, Ermәnistandan Azәrbaycana gәlәndә ermәni dostları onun getmәsini istәmәyiblәr vә onun getmәsinә ağlayıblar. O, Qırğızıstandan getsә burada yaşayan erməniləri bilmirəm, amma Azәrbaycanlılar onun getmәsinә ağlamayacaqlar.
Hidayət Orucov burada hamıya deyir ki, "Mәn, Nüsrәtin yolunu Azәrbaycana bağlamışam”. Məni insanlar arasında Azərbaycanda arzu olunmayan bir şəxs kimi təqdim edərək çirkin əməllərinə nail olmaq istəyir. Mәn dә onlara cavab verirәm ki, "mәn azәrbaycanda doğulub böyümüşәm. Anam Azәrbaycanlı, Atam azәrbaycanlı. Qohumlarımın da hamısı Azәrbaycandadır. Bütün hər şeyimi Azərbaycanımın, Prezidentimizin, onun apardığı uğurlu siyasətin, tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin təbliği üçün qoyan adamam. Mәnә Azәrbaycana getmәyi Hidayәtlәr qadağan edә bilmәzlәr. Hidayәtlәr, ancaq mәnә Ermәnistana getmәyi qadağan edә bilәr". Çünki mən Ermənistanda həqiqətən arzuolunmaz şəxsəm. Hәm dә, o, donoslarında yazır ki, Vyana Konvensiyasının tәlәblәrinә görә olduğu hökümәt onun hüquqlarıı qorumalıdır. Onun dediyi konvensiyada, olduğu hökumətin vәtәndaşını şәrlәmәk, yerli sakinlәri yanına çağıraraq "Nüsrәti mәhv etәmək üçün siz ondan ayrılın, mәnimlә işlәyin" deyimi ilә vә olduğu hökümәtin daxılı işlәrinә burnunu soxmaq, özünü, Azәrbaycanı, Prezidentimizi biabır elәmәk, varmı?!
Deməyim odur ki, mənim bu sahədə yetərincə təcrübəm və qanunları yaxşı deyil, çox yaxşı bilməyim var. Bilmədiyim isə oyunun yazılmamış qaydalarıymış ki, onu da üzünə mələk maskası geyinmiş iblis Hidayət Orucov önümə çəkdidiyi əngəllər sayəsində öyrətmiş oldu. Təfərrüat qoy məndə sirr olaraq qalsın. Hər şər görünəndə xeyir, xeyir kimi görünəndə isə şər var.
Türk Dünyasından mənə qarşı edilən haqsızlığa etiraz edən yüzlərlə mərd azərbaycanlıları, qırğızları, axıska türklərini tanıdım. Mənə qarşı şər-böhtançıların haqsızlığı qarşısında susmaq istəməyən qan qardaş və bacılarımı tanıdım.
Sən mənə bir daha türk olmağın qürurunu yaşatdın. Bəzi insanlara ADAMlıq dərsi verdin. Mən Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizəni dünyaya car çəkən insanam. Bu şərəf mənə yetər! Mən Qarabağ savaşı dövründə Qırğızıstandan dərhal Azərbaycana gələrək, qaçqınlara yardım aparanda, Şəhid analarının acılı göz yaşlarını siləndə, bu gün qarşıma keçib mənə əngəl törədən Hidayət Orucov təzəcə ermənilərin qulluğundan ayrılmışdı və Azərbaycanda özünə sifətdən sifətə girərək bir vəzifə uğrunda mübarizə aparırdı. O zaman harada idin Hidayət Orucov? Harada olduğunu bilməsəm də, o ər meydanında olmadığını gözəl bilirəm.
1989-cu ildə Fərqanədə mən axıska türklərini od-alovun içərisindən çıxararaq Bişkekə gətirəndə, 1990 cı il yanvar hadisələrindən dərhal sonra Bişkekin mərkəzi meydanında qanlı yanvar hadisələri ilə əlaqədar izdihamlı etiraz mitinqi təşkil edəndə sən harada idin? Bu ilin aprel ayının 3 də Bişkekdəki Tarix muzeyində ermənilər qondarma soyqırımın 100 illiyi ilə əlaqədar konfrans keçirəndə lazımi yerlərə xəbəri mən çatdırdım, sən yox!
Azərbaycanın, Prezidentimizin, tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin təbliği məqsədi ilə 70-dən çox kitabı öz vəsaitimlə tərcümə etdirib, nəşr etdirib pulsuz yayanda sən harada idin? İntriqalar kürsüsündə? Gecə gündüz fikirləşirdin ki indi Nüsrətə hansı şər- böhtanı atasan ki məni gözdən salasan. Budur sənin mahiyyətin. Budur sənin həqiqi sifətin!!! Mən səni məhkəməyə də verə bilərdim, amma hələlik gözləmə vəziyyətindəyəm. Amma əlimdə olan sənədlər əsasında sənədli bir kitabın yazılması qərarına gəlmişəm. O zaman sənin Mələk donu geymiş iblis olduğunu, aldatdığın hökumət adamları, Azərbaycan PA-da inandırmağa çalışdığın məmurlar biləcəklər.
Kim o zaman hansı qanadın altında gizlənib, hamısını bilirəm. Ancaq bu zamana qədər ona görə susmadım ki, sən bu xidmətlərimin qarşılığında haqqımı yeyib, özümü də borclu çıxarmaq istəyirsən. Bunun adı Allahsızlıqdır! Mənim isə Allahı olmayanlarla işim olmaz! Mən sənin şərindən-böhtanından haqqa sığındım və hər şeyi Onun ədalətinə həvalə etdim! Ancaq unutma ki, mən həmişə dövlətimin əmrindəyəm. Hər zaman dövlətimin yanında oldum və şəxsi mənfəətimi nə dövlətimdən, nə də millətimdən üstün tutmadım, tutmaram! Bu qarşılaşdığım ilk haqsızlıq deyil. Qoy, hamı bilsin ki, mən ayağı daşa dəyər-dəyməz, dərhal ölkəsinin əleyhinə çıxanlardan deyiləm, olmadım, olmaram da! Ancaq üstümə şər-böhtanla gəlmək istəyənlər də anlasın ki, şəxsən mən nə şərdən, nə də böhtandan qorxanlardan deyiləm! Çünki mənə çamur yapışmaz! Mən həmişə vətən xainləri, türk düşmənləri ilə savaşdım və savaşacağam. Mən erməninin uşağı olmadım, mən türk oğlu türkəm! Mənimlə savaşacaqsansa, bunu mütləq yadda saxla. «Türk» adı altında gizlənən erməni törəmələri, mənə qarşı kinlərini qusmaqdadırlar. Bəziləri də öz cızma – qaraları ilə onlara "qılverənlik” edirlər. Günahdır, etməyin! Mənimlə savaşmaqdanansa əsirlikdəki qız-gəlinimizin hayına səs ver, onların azad olunması üçün ermənilərlə mübarizə apar. Mənim düşmənim ermənilərdir, onlarla mübarizə aparıram. Azərbaycanımın, Prezidentimin, tariximizin, ədəbiyyatımızın öz maliyəmlə təbliğatını aparıram, budur səni narahat edən?
Mən məqam,mövqe adamı deyiləm. Mənim üçün millətə xidmət əsasdır, pul-vəzifə deyil! Hədəfim isə dəyişməyib! Bu günə qədər millətim və dövlətim üçün hansı ürəklə xidmət etmişdimsə, eyni şəkildə davam edəcəyəm yoluma! Vətənim Azərbaycanın maraqlarını həmişə qoruyacağam!
Sonda bir daha mənə dəstək verən və bunun üçün xırda məmurlar tərəfindən Hidayət Orucovun təşviqi ilə incidilən ziyalı qırğız dostlarıma təşəkkür edirəm və mənə görə çəkdikləri çoxsaylı cəfalara görə, onlardan halallıq istəyirəm. Mənim sənin donosunla hüquq mühafizə orqanlarına çağrılan, buna rəğmən öz dəstəyini əsirgəməyən bütün dostlarıma, soydaşlarıma təşəkkür edirəm!
Mən həmişə Ulu Öndərimiz Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin, Azərbaycanımızın, tariximizin, ədəbiyyətımızın, mədəniyyətimizin təbliğatçısı olmuşam və bundan sonra da olacağam!
Mən həç vaxt haqq uğrunda mübarizədən geri çəkilməyəcəm! 50 illik mübarizə aparsam da yenə Ulu Öndərimizin də abidəsini Bişkekdə ucaldacağam!
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir