İqbal Ağazadənin yoxa çıxdığı iddia olunan müavinindən xəbər var

img

26-10-2015 [17:14]


Ümid Partiyasının yoxa çıxdığı xəbəri yayılan sədr müavini, deputatlığa namizəd Ramin Hacılının yeri müəyyənləşib.

Mia.az APA-ya istinadən xəbər verir ki, R. Hacılının şəxsi problemləri ilə əlaqədar ölkədən getdiyi məlum olub və onun axtarışına xitam verilib.

R. Hacılının həyat yoldaşı, yazar Aysel Əlizadə də açıqlamasında onun tapıldığını təsdiqləyib: "Ramin biraz əvvəl mənə zəng etmişdi. Azərbaycanı tərk etdiyini, problemlərini həll edəndən sonra qayıdacağını bildirdi. Artıq onun axtarışının dayandırılması ilə bağlı polisə məlumat vermişəm”.

 Ramin Hacılı


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA