Daha bir beynəlxalq təşkilat seçkiləri müşahidə edəcək

img

26-10-2015 [16:53]


"Seçkilər" Media Mərkəzi - Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) müşahidə missiyası Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə edəcək.

Mia.az Seçki-2015.az saytına istinadən xəbər verir ki, bu məqsədlə təşkilatın 9 nəfərdən ibarət müşahidə missiyası Azərbaycana səfər edəcək. Missiyanın tərkibinə Koreya, Kamboca, İndoneziya və basqa ölkələrdən nümayəndələr daxildir.

İCAPP-ın müşahidə missiyası seçkilərin nəticələrinə dair bəyanatla çıxış edəcək.

Qeyd edək ki, İCAPP-da 70-dən çox ölkənin 300-dən artıq siyasi partiyası təmsil olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA