Deputatlığa namizəd yoxa çıxıb

img

26-10-2015 [14:55]


Ümid partiyasının sədr müavini, deputatlığa namizəd Ramin Hacılı itkin düşüb.

R.Hacılının həyat yoldaşı, yazıçı-jurnalist Aysel Əlizadə Lent.az-a bildirib ki, onunla əlaqə dünən axşam saatlarından kəsilib: "Biz gecə saatlarında polisə məlumat vermişik. Ondan hələ ki, bir xəbər yoxdur".

Ümid Partiyasının sədri İqbal Ağazafə isə açıqlamasında bildirib ki, Ramin Hacılı namizədliyini geri götürməyib: "Gəldiyim qənaət budur ki, son hadisənin siyasətə və Ramin Hacılının namizədliyinə heç bir aidiyyatı yoxdur".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA