Müsavat seçki mitinqi keçirir- Fotolar

img

25-10-2015 [15:46]


Müsavat Partiyası paytaxtda, "Məhsul” stadionunda mitinq keçirir.

Musavat.com xəbər verir ki, Müsavat Partiyasının himni ilə başlayan tədbirdə partiyanın parlament seçkilərində iştirak edən namizədləri də iştirak edir.

Bakı Şəhər İcra Hakimiyyətinin razılıq verdiyi mitinq həm də Müsavatın 15 saylı Yasamal seçki dairəsindən deputatlığa namizədi İsa Qəmbərin seçiciləri ilə görüşü hesab edilir.

O, noyabr seçkilərinin saxtalaşdırılma ehtimalının böyük olduğunu vurğulayaraq, seçkidən sonrakı dörd ay ərzində yeni seçki tələb etdiklərini vurğulayıb: "Biz azad seçki tələb edirik!”.
A.Hacılı qeyd edib ki, Azərbaycana daxil olan yüz milyarddan artıq neft gəlirləri Azərbaycan xalqının mənafelərinə xidmət etməyib. "Biz ən çətin dövrlərdə də mübarizəmizi davam etdiririk”.

O, ölkədəki siyasi məhbuslarla bağlı vəziyyətdən, qondarma ittihamlarla həbs edilən onlarla insanın aqibətindən danışıb. Həmçinin vurğulayıb ki, demokratik kəsim ölkənin nicatına nail olacaq.

A.Hacılı deyib ki, onların seçkidən imtinası da aktualdır: "Bu, oktyabrın 28-də son dəfə müzakirə olunacaq.

Müsavat başqanının müavini Səxavət Soltanlı ölkədəki siyasi situasiyanın çətinliyini vurğulayıb və çətin şərtlər daxilində belə hakimiyyətə qarşı gəldiklərini qeyd edib.

Müsavatın namizədlərindən olan Dilşad Nağıyeva qeyd edib ki, seçicilər ədalətli seçkilər keçiriləcəyinə, demokratik qüvvələrin demokratik yolla hakimiyyətə gələcəyinə inanmırlar: "Amma biz inamlıyıq. Seçicilərlə görüşəndə bir daha sübut etdik ki, biz varıq, biz mübarizədəyik. Və sonadək mübarizəni davam etdirəcəyik, sonadək gedəcəyik. Biz azadlığa layiqik, biz azad olacağıq”.

Röya RƏFİYEVA
Fotolar müəllifindir.










































Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA