Nazim Məmmədov mübarizəyə səslədi - Rus icmasının rəhbəri soz verdi (FOTO)

img

24-10-2015 [22:00]


104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Nazim Məmmədov dünən Gədəbəyin Arabaçı, bu gün isə Novosaratovka kəndlərində görüş keçirib. 

Namizədin Seçki Qərərgahından Mia.az-a verilən məlumata görə, seçicilərlə söhbətdə iqtisadçı-alim Nazim Məmmədov prezidentin son günlərdə iqtisadi sahə ilə bağlı imzaladığı fərman və sərəncamların iqtisadi inkişafa necə təsir edəcəyini də izah edib. 

O, vətəndaşları korrupsiyaya rüşvətxorluğa qarşı mübarizədə aktiv olmağa səsləyib. Novosaratovka kəndində görüşdə sakinlər 2005-2010- cu illərdə fəaliyyət göstərmiş deputat otağının bərpasını da xahiş ediblər. 

Rus icmasının nümayəndəsi Nikolay Bıçkov da icma adından Nazim Məmmədovu dəstəkləyəcəklərini söyləyib, namizədə deputat seçildikdən sonra 2005-2010 cu illərdəki kimi fəaliyyət göstərməyi xahiş edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA