Abbas Abbasov "tövbə məktubu" yazdı - Qardaşı azadlığa çıxdı

img

23-10-2015 [22:16]


Azərbaycan baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun həbs altında saxlanılan qardaşı Nadir Abbasov bu gün azadlığa buraxılıb.

Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.

Məlumata görə, Abbas Abbasov bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevə tövbə məktubu yazaraq bağışlanmasını xahiş edib. 

Məlumata görə, A.Abbasov dövlət başçısını əmin edib ki, bundan sonra o heç vaxt və heç bir halda ictimai və siyasi fəaliyyətlə məşğul olmayacaq, ələlxüsus da Azərbaycan əleyhinə yönəlik siyasi oyunlara qoşulmayacaq.

Xatırladaq ki, Nadir Abbasov bu il iyunun 26-da Beynəlxalq Bank və qaytarılmayan kreditlər işi ilə bağlı DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA