Sakinlərin təşəbbüsü ilə Azay Quliyevin təkrar görüşü baş tutdu – FOTOLAR

img

23-10-2015 [12:55]


8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün dairə ərazisindəki Ə.Naxçıvani küçəsinin seçiciləri ilə görüş keçirib.

Qeyd edək ki, sözügedən ünvanda Azay Quliyevin seçicilərlə görüşü oktyabrın 15-də olmuşdu. Deputatlığa namizədin eyni ünvanda təkrar görüşünün keçirilməsi sakinlərin təşəbbüsü və dəvəti ilə baş tutub. Diskussiya şəraitində keçən görüşdə seçicilər yaşadıqları ərazidə onları narahat edən bir sıra məsələləri deputatlığa namizədin nəzərinə çatdıbırlar. 

Deputatlığa namizəd Azay Quliyev son illərdə ölkə prezidentinin tapşırıqları əsasında Binəqədi rayonunda əhalinin rahatlığının təmin olunması üçün irimiqyaslı yenidənqurma və abadlaşdırma işləri görüldüyünü qeyd edərək, bildirib ki, seçicilərin dəstəyi ilə deputat seçildikdən sonra o da, millət vəkili kimi bu prosesə öz səlahiyyətləri çərçivəsində dəstək verəcək: "Ümid edirəm ki, sizin burada səsləndirdiyiniz məsələlərin həllinə biz birlikdə nail ola bilərik”.

Kampaniya çərçivəsində seçicilərlə görüşlərə daha çox əhəmiyyət verdiyi üçün Azay Quliyevə təşəkkür edən sakinlər 1 noyabrda yekdilliklə ona səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, bu gün deputatlığa namizəd Azay Quliyev dairədə yaşayan gənc seçicilərlə görüş keçirəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA