Komitə sədrindən "vurulan" gömrük rəisinin yerinə təyinat; Mia.az-ın xəbəri təsdiqləndi

img

23-10-2015 [12:02]


Dünən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin müvafiq əmri ilə Balakən gömrük-keçid məntəqəsinin rəisi Hikmət Məmmədovun tutduğu vəzifədən azad olunması haqda Mia.az-ın yaydığı xəbər təsdiqləndi.

Mia.az AzVision.az-a istinadən xəbər verir ki, həmin vəzifəyə Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsinin rəis müavini Baba Salayev təyin edilib.

Yeri gəlmişkən, onu da bir daha qeyd edək ki, Hikmət Məmmədov nöqsanlara görə vəzifəsinii itirib. Onun dövlət vəzifəsiylə yanaşı, bizneslə məşğul olduğu, Bakı və rayonlarda çoxsaylı evləri, obyektlərinin olduğu, hətta qudası ilə kənd təsərrüfatı məhsulları istehsal edən böyük parniklərinin də olduğu bildirilir. 

Mia.az bunlarla bağlı araşdırmalarını tamamlamaq üzrədir. Yaxın günlərdə oxucuları həmin sensasion məlumatlarla tanış edəcəyik. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA