Deputat Leyla Abdullayevaya vəzifə verilir: Aqiyə Naxçıvanlının karyerasına təhlükə!

img

22-10-2015 [14:08]


Azərbaycan Müəllimlər İnstitutunun rektor vəzifəsindən parlament seçkilərində iştirakına görə istefa verən deputat Aqiyə Naxçıvanlının yerinə təyinat gözlənilir. 

Axar.az-ın əldə etdiyi xəbərə görə, 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizəd A.Naxçıvanlının xələfinin hazırkı millət vəkili Leyla Abdullayevanın olacağı ehtimalı barədə məlumat yayılıb. Yeni Azərbaycan Partiyasının siyahısından 42 saylı Sumqayıt II Seçki Dairəsindən namizədliyi irəli sürülən L.Abdullayeva oktyabrın 2-də namizədliyini geri götürmüşdü.

Əldə etdiyimiz məlumatda iddia olunur ki, xanım deputat AMİ-nin rektoru təyin olunacağı gözlənildiyi üçün seçkilərdə iştirakdan imtina edib. 

Xatırladaq ki, YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında L.Abdullayevanın dövlət qulluğunda çalışmaq barədə qərar verdiyindən namizədliyini geri götürdüyünü bildirmişdi. L.Abdullayeva hazırda Sumqayıt şəhər 18 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA