Azay Quliyevin xeyrinə daha bir namizəd geri çəkildi - Bəyanat

img

20-10-2015 [16:21]


Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa daha bir namizəd - Kənan Eminbəyli kampaniyadan çəkildiyini bəyan edib. K.Eminbəyli bu qərarı seçkidə rəqibi Azay Quliyevin ən şanslı olması ilə əlaqələndirib.

Bununla bağlı K.Eminbəylinin yaydığı bəyanatda deyilir:

"Deputatlığa namizədliyim irəli sürüləndə seçkidə rəqiblərimin kim olacağı hələ bəlli deyildi. O cümlədən, hörmətli millət vəkilimiz Azay Quliyev kimi güclü namizədlə seçkidə alternativ olacağımı gözləmirdim.

Azay Quliyev deputat kimi həm uğurlu fəaliyyəti olan, həm də ölkəmizi beynəlxalq qurumlar a ləyaqətlə, peşəkarlıqla təmsil edən millət vəkillərimizdəndir. Onun seçki təbliğat kampaniyası da çox uğurla, effektiv şəkildə aparılır. Seçicilərin Azay Quliyevə böyük rəğbəti açıqca hiss olunur. Bu səbəbdən, onun seçkidə qələbəsi şübhə doğurmur. Bu reallığı nəzərə alaraq, mən namizədliyimi geri götürürəm və mənə səs verəcək təəssübkeşlərimi, bütün seçiciləri, hörmətli Azay Quliyevə səs verməyə çağırıram”.


K.Eminbəyli qeyd edib ki, Azay Quliyev uğurlu deputat fəaliyyətini 8 saylı Binəqədi Sçeki Dairəsində də davam etdirəcəyinə əmindir.

Xatırladaq ki, K.Eminbəylidən əvvəl sözügedən dairədən digər qeydə alınmış namizədlər - professor Qüdrət İsaqov və Babək Abdullayev də namizədliyini geri götürərək, seçiciləri ona səs verməyə çağırmışdılar. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA