Azay Quliyev növbəti görüş saatını açıqladı - Gənclərə dəvət

img

20-10-2015 [00:26]


23 oktyabr 2015-ci il tarixində, saat 17:00-da deputatlığa namizəd AZAY QULİYEVin 8 saylı Binəqədi birinci seçki dairəsi ərazisində yaşayan gənclərlə görüşü olacaqdır. Görüşün əsas məqsədi gəncləri maraqlandıran suallara cavab vermək və onların fikir və rəylərini öyrənməkdən ibarətdir.

Binəqədi rayonu 6,7,8 və 9-cu mikrorayon (8-ci dairəyə aid olan hissəsi) ərazisində yaşayan gənclər bu görüşə dəvət olunurlar.

Gənclər sual və təkliflərini əvvəlcədən burada bizimlə bölüşə bilərlər. Ən çox bəyənilən və ya rəy toplayan sual/təklif seçki qərargahı tərəfindən seçilərək görüş zamanı səsləndiriləcək.

Eyni zamanda, həmin sual, təklif, rəylə bağlı Azay Quliyevin fikirləri internet səhifəsində və yaxud facebook şəbəkəsində Sizlərin diqqətinizə çatdırılacaqdır.

Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı ünvana müraciət edə və qeydiyyatdan keçə bilərlər:

Ünvan: Binəqədi r-nu 8-ci mkr-n, S.S. Axundov küç. 50
Tel.: (012) 561 21 79, 561 35 29
Mob.: (050) 211 52 74
E-mail: [email protected]
https://www.facebook.com/azay.guliyev
www.azayguliyev.az
Deputatlığa namizəd AZAY QULİYEVin Seçki Qərargahı


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA