19-10-2015 [14:34]
Deputat Yevda Abramovun Milli Məclisdə büdcə müzakirələri zamanı səsləndirdiyi fikirlər cəmiyyətdə kifayət qədər həm təəccüblə, həm də maraqla qarşılanıb.
O, həmin çıxışında bəzi nazirlərin tənqidə dözümsüz olduğunu deyib:
"Mən fikir verirəm ki, bu iki gündə bəzi nazirlər heç salam da almırlar. Amma biz sözümüzü kimə deməliyik? Biz canımızı partiya, prezident üçün verməyə hazırıq. Amma bu insanlar bizdən inciyirlər. Azərbaycanda yaşamaq minimumu yaşamaq üçün imkan vermir. Danışmırıq, deyirlər ki, laldırlar. Amma neynəmək olar ki, həyat belədir. Bu gün dünya hansı oyunlardan keçir, bunu hər bir deputat bilir. Burada söhbət bəzi insanların yerində olmamasından gedir. Kim bu gün cənab prezidentin yanında deyilsə, Azərbaycanın çörəyi, suyu ona haram olmalıdır. Bir sıra məsələlər var ki, burada müxalifətçilik, iqtidar olmamalıdır”.
Ümumiyyətlə, bu gün nazirlər və deputatlar arasındakı işgüzar münasibətlər nə yerdədir?
Mia.az xəbər verir ki, modern.az saytı Yevda Abramovun fikirlərinin fonunda bir neçə deputatdan məsələyə münasibət öyrənib.
Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa bildirib ki, nazirlərin hansısa deputatın salamını almaması çox anormal vəziyyətdir:
"Çünki heç bir qurumun rəhbəri özünü müəyyən dərəcədə tənqid olunmaz hiss etməməlidir. Deputatın onu nə dərəcədə əsassız tənqid etdiyini müzakirələr əsasında araşdıra bilər. Amma bütövlükdə münasibəti kəsmək, tənqiddən narazı qalmaq kimi tendensiyalar var .
Biz də bəzən bunu hiss edirik. Amma normal düşünən insanlarda belə bir ənənə olmamalıdır. İstənilən nazir bilməlidir ki, deputatın borcu nöqsanları, problemləri dilə gətirməkdir .
Ona görə də bu, kiminsə küsməyinə və deputat salam verməməyə əsas vermir. Bu baxımdan da mən belə bir tendensiyanı xoş qarşılamıram. Yevda müəllimin dediyində həqiqət var. Əgər belə ənənə, belə fakt varsa, buna ciddi reaksiya verilməlidir. Ən azı nazirlər də bilməlidirlər ki, toxunulmaz heç bir şəxs yoxdur. Hər kəs özünə görə bir funksiyanı yerinə yetirir. Buna da sayğı göstərmək vacibdir.
Konkret olaraq mənə qarşı belə bir hərəkət olmayıb. Nə vaxtsa tənqid edəndə, mənə qarşı belə bir hörmətsizlik olmayıb. Səbəb odur ki, deputatların müəyyən dərəcədə rolundan çox şey asılıdır.
Bəzi deputatlar da buna daha çox rəvac verirlər. Sanki bəzi deputatlar hökumətin və nazirlərin əvəzindən daha çox hökumətlik edirlər. Bəzi deputatlar isə hərəsi bir naziri müdafiə etməklə məşğuldur. Bu, yanlış davranışdır. Ümumiyyətlə, gərək deputatlar özləri özlərinə hörmət edələr ki, başqaları da onlara hörmətlə yanaşsın. Bu baxımdan burada nöqsan həm də deputatların özü ilə bağlıdır. Deputatdan da çox şey asılıdır. Özünə hörmət edən deputat öz təmsil olunduğu qurumun nüfuzunun qorunması ilə bağlı addım atmasına özünü borclu hesab etməlidir”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyevin isə cavabı belə olub:
"Mən, cənab Abramovla nazirlərin münasibəti haqqında bir fikir deyə bilməyəcəyəm. Bu artıq onun öz işidir. İstənilən deputat istənilən fikri söyləyə bilər və buna şərh vermək, münasibət bildirmək doğru deyil.
Üstəlik, Yevda Abramov həmkarımdır və ona hörmətlə yanaşıram. Mən özüm haqqımda deyə bilərəm ki, müxalifət partiyasının lideriyəm və mütəmadi olaraq parlamentdə çox tənqidi çıxışlar eləmişəm. Son iclasda da ən sərt çıxışı mən etmişəm. Yeganə deputatam ki, büdcə layihəsini qəbul etməməyə çağırmışam. Amma buna baxmayaraq, heç bir hökumət üzvü, heç bir nazirlə münasibətimə kölgə düşməyib.
Onlar da tənqidə normal yanaşırlar. Başa düşürlər ki, bizim tənqidlərimizin və tənqidlərlə yanaşı, verdiyimiz təkliflərin əsas səbəbi, əsas məqsədi odur ki, biz kəsrləri aradan qaldıraq və dövlətimiz güclü olsun. Azərbaycanda hansısa komitənin, hansısa nazirliyin tənqidləri qərəzlilik kimi qəbul etməsinə inanmıram.
Hətta prezident özü də çıxışlarında bildirib ki, biz bütün fəaliyyətimizdə ictimai rəyi, ictimai nəzarəti əsas götürməliyik, tənqidlərə ciddi fikir verməliyik. Bu olmasa, ölkədə inkişaf mümkün deyil. Bəzi deputatlar telefon zənglərinə bəzi hökumət üzvlərinin cavab vermədiyindən gileylənir. Amma 5 illik fəaliyyətimdə elə bir hal olmayıb ki, hansısa nazirə, hansısa dövlət adamına zəng edim və mənə cavab verməsin. Obyektiv səbəbdən yerimdə olmamışamsa, sonradan məni axtarıblar. Bu mənada qərəzlilik və gərginlik müşahidə etməmişəm”.
Ədalət Partiyasının sədri İlyas İsmayılovun fikrincə, nazirlərlə deputatlar arasındakı münasibətlər işgüzar olmalıdır: "Bu münasibət siyasi xarakter daşımamalıdır. Mən şəxsən belə hörmətsizliyə rast gəlməmişəm”.
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir