19-10-2015 [12:47]
"Fikrimcə, milli təhlükəsizlik nazirinin vəzifədən azad edilməsinin səbəbi Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlıdır. Ölkənin təhlükəsizliyinin təmin edilməsində çox ciddi bir struktur olan Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin işdən çıxarılması və orada ciddi proseslərin getməsi birmənalı şəkildə göstərir ki, bu sahədə problem yaşanıb”.
Bu sözləri "Qafqazinfo”ya açıqlamasında millət vəkili Fəzail Ağamalı milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinə münasibət bildirərkən deyib. O ölkə prezidentinin atmış olduğu addımı birmənalı şəkildə müdafiə etdiyini nəzərə çatdırıb: "Mənim fikrimcə, onun vəzifədən azad edilməsinin səbəbi Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlıdır. Ölkənin təhlükəsizliyinin təmin edilməsində çox ciddi bir struktur olan Milli Təhlükəsizlik Nazirliyinin rəhbərinin işdən çıxarılması və orada artıq ciddi proseslərin getməsi birmənalı şəkildə göstərir ki, bu sahədə ciddi problem yaşamışıq. Təbii ki, bundan hərtərəfli xəbər tutmaq bizim üçün çətindir. Çünki MTN və onun fəaliyyəti kifayət qədər qapalı bir sahədir. Hər halda dövlət təhlükəsizliyində ciddi bir problem yarandığına görə ölkə prezidenti bu addımı atıb. Xalqımız, biz siyasətçilər ölkə prezidentinin bütün addımlarını müdafiə etdiyimiz kimi, bu addımı da müdafiə edirik”.
E. Mahmudovun vəzifədən azad edilməsinin səbəblərinə gəlincə isə, F. Ağamalı bu barədə bir neçə versiya səsləndirib: "Azərbaycana qarşı bu və ya digər terrroun və terror hərəkətlərinin hazırlanması ilə bağlı məlumatların əldə edilməsində buraxılmış olan səhvlər və yaxud belə bir məlumatlar olmasına baxmayaraq, buna göstərilən biganəlik, faktları bilərək susmaq və onu ölkə rəhbərliyinin səviyyəsinə qaldırmamaq kimi hallar ola bilər. Ola bilsin ki, Azərbaycanda marağı olan ayrı-ayrı dövlətlərin, dövlətçiliyimizə təhlükə törədə biləcək layihələrlə, məqsədlərlə bağlı qabaqlayıcı tədbirlərin görülməməsi və özünün də bu cür layihələrin, addımların içində yer alması halları da ola bilər. Ancaq bütün bunların hamısı heç şübhəsiz ki, araşdırılır. Hakimiyyətin ali vəzifəli şəxlərinin telefonlarının dinlədilməsi ilə bağlı səsləndirilən versiyalar da var və bu da yolverilməzdir. Bu artıq səlahiyyət hədlərinin aşılması deməkdir, buna görə də nəinki vəzifədən getmək, hətta Azərbaycan qanunları qarşısında cavab vermək lazım gələcək. Hesab edirəm ki, Milli Təhlükəsizlik Nazirliyinin vəzifədən çıxarılması ilə bağlı rəsmi məlumatlar bütün detalları ilə olmasa da, aydın şəkildə cəmiyyətimizə çatdırılacaq”.
Daha bir "TikToker" həbs edildi
Space TV-də gərginlik - "Götürmür, cəhənnəmə götürsün" (VİDEO)
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib
Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb
Rəsmi Tehran müharibəyə hazırlaşır: "Ölkəmizə istənilən hücuma o qədər sərt cavab verəcək ki..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rusiya Suriyadan çıxır, yoxsa...? - FOTOLAR
İsa Həbibbəyli istefa ərizəsi yazıb? - AMEA-dan xəbərə reaksiya
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək - Dəyişiklik
Dövlət teatrlarında gözlənilməz ixtisar - Bu vəzifələr ləğv edildi
Prezident İlham Əliyev fərman imzaladı
BU SAHƏDƏ CƏRİMƏLƏR ARTDI: kənd əhalisinə xəbərdarlıq - Prezident dəyişikliyi təsdiqlədi
Prezident dövlət qulluğu ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi - DETALLAR
Kamran Əliyev Manamada işgüzar səfərdə olub
Vilayət Eyvazov Qəbələdə vətəndaşları qəbul edəcək
Tağı İbrahimov yenidn hakim qarşısına çıxarıldı
Gəncədə 17 yaşlı oğlan qəfil ölüb
Bakıda kuryoz hadisə: Oğurladıqlarını bölə bilmədilər və...
"Şalke" Dzeko və Kənanın qolları ilə qalib gəldi
İKİ ÖLKƏ İRANA HÜCUMA YAŞIL İŞIQ YANDIRDI - Nə gözlənilir? (TƏHLİL)
Amnistiya aktı: 12 mindən çox şəxsə tətbiq olunub
HAKAN FİDAN AVROPYA ELƏ MEYDAN OXUDU Kİ... - "Gün gələcək özünüz bizə yalvaracaqsınız, o zaman..."
Yeni sədr köməkçisi ilə də yollarını ayırıb
İsrail XİN başçısı Bakıda: "Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı..." - "İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır" (YENİLƏNİB)
İcra Hakimiyyətində dəyişiklik: kimlər getdi, kimlər qaldı?
"Bursaspor"un Baş məşqçisi yenə dəyişib
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO (Yenilənib)
Xocalı rayonunun iki kəndinə növbəti köç olub
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Nazir generalın qardaşını təqaüdə göndərdi
TƏBİB-in keçmiş sədri QHT rəhbəri oldu
Deputat Səməd Seyidovun kürəkəni vəzifəyə təyin edilib
Keçmiş vəkil həbs edilib - Səbəb