18-10-2015 [22:53]
Azərbaycan Respublikasının Milli Məclisinə 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd Əflatun Amaşov seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsindəki növbəti görüşlərini oktyabrın 16-da Saatlı rayonunun Sımada, Mircəlal, Soltanabad, Şirinbəyli və Qara Nuru kəndlərində keçirib.
Mia.az xəbər verir ki, görüşlərdə sözügedən kəndlərin ağsaqqalları, tanınmış şəxsləri, gəncləri ilə yanaşı, veteran jurnalist Məzahir Süleymanzadə, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, «Olaylar» qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev və Jurnalist Araşdırmaları Mərkəzi İctimai Birliyinin sədri Seymur Verdizadə də iştirak edib.
Jurnalist həmkarları çıxışlarında deputatlığa namizəd Əflatun Amaşovun Azərbaycan Mətbuat Şurasının sədri kimi fəalliyyətinin səmərəli cəhətlərindən bəhs ediblər. Jurnalistikanın cəmiyyət üçün faydalı tərəflərindən söz açan natiqlər bu peşə daşıyıcılarının etimadını qazanmağın çətinliyini də vurğulayıblar. Bu mənada Ə.Amaşovun missiyasının uğurlu olduğunu diqqətə çatdırıblar. Onlar deputatlığa namizədin mövcud istiqamətdəki təcrübə və bacarığının Milli Məclisin üzvü kimi daha geniş spektri əhatə etməsinin zəruriliyini əsaslandırıblar.
«Bu, həm siz seçicilər, həm də biz jurnalistlər üçün vacibdir. Ancaq elə düşünürəm ki, Əflatun Amaşovu dairənizdən deputat seçməklə daha çox siz udmuş tərəf olacaqsınız. Çünki qırx illik yol yoldaşım olan Əflatun Amaşov son dərəcə məsuliyyətli ziyalı, etibarlı dost, qayğıkeş və prinsipial həmkardır. Onun daşıdığı bu keyfiyyətlərin deputat kürsüsündən yeni çalarlar əldə edəcəyinə əminəm. Buna görə də hər birinizi Azərbaycan jurnalistlərinin seçdikləri şəxsə etimad göstərməyə çağırıram», - deyə veteran jurnalist Məzahir Süleymanzadə vurğulayıb.
«525-ci qəzet»in baş redaktoru Rəşad Məcid bildirib ki, Ə.Amaşov ən ziddiyyətli qütblər arasındakı mübahisə və münaqişələrin həllini həyata keçirmək bacarığına malik şəxsdir: «İstər Mətbuat Şurasının iclaslarında, istərsə də ölkə jurnalistlərinin qurultaylarında bunun dəfələrlə şahidi olmuşam. Düşünürəm ki, belə bir xarakter hər adamda ola bilməz. Hər adam da Azərbaycan Respublikasının Milli Məclisinin deputatı ola bilməz. Əflatun Amaşov təcrübəsi, bacarığı və səriştəsi ilə bu ada layiqdir. Sizləri layiqli namizədə səs verməyə çağırıram».
«Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev deputatlığa namizəd Əflatun Amaşovu sözünə, əqidəsinə sadiq yaradıcı şəxs kimi dəyərləndirib.
«Özü sizlərlə fikirlərini bölüşəcək. O, sizə heç vaxt yerinə yetirə bilmədiyi vədi verməyəcək. Əlbəttə, deputatın öhdəsindən gələ bildiyi və bilmədiyi məsələlər var. Əmin olun ki, Əflatun Amaşov hər bir halda sizlərin yanında olacaq, sizləri dinləyəcək. Ona da əmin olun ki, bu adam öz üzərinə düşən hər bir işi cəsarətlə yerinə yetirəcək, ən müxtəlif dairələr qarşısında məsələlər qaldıracaq», - deyən A.Quliyev fikrinə aydınlıq gətirib.
«Olaylar» qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz Ə.Amaşovu təmənnasız, müxtəlif şəxsi ambisiyalardan uzaq insan kimi dəyərləndirib:
«Onda bu keyfiyyətin olması son dərəcə vacibdir. Elə düşünürəm ki, belə bir şəxsin ölkənin ən ali tribunası olan Milli Məclisdə təmsilçiliyi ancaq faydalıdır. Sizləri faydalı iş üçün səs verməyə çağırıram. İnanıram ki, noyabrın 1-də seçki məntəqələrinə gedib Əflatun Amaşova etimad göstərməklə ümumilikdə ölkəmiz üçün faydalı iş görmüş olacaqsınız. Çünki Azərbaycanın Əflatun Amaşov kimi deputatlara ehtiyacı var».
«Siz noyabrın 1-də seçkiyə gedib cəmi iyirmi dəqiqə vaxtınızı itirəcəksiniz. Ancaq qarşıdan gələn beş ilinizi qazanacaqsınız. İnanıram ki, bu qazancınız məhz Əflatun Amaşov olacaq. Əflatun Amaşovun deputat seçilməsi təkcə sizlərin məişət müstəvisindəki problemlərinizin həllində etibarlı dosta sahibliyiniz deyildir. Ona etimadınız eyni zamanda ölkəmizlə bağlı həqiqətlərin təbliğinə, haqq səsimizin dünyaya çatdırılmasına mühüm dəstəyinizdir. Əflatun müəllim Mətbuat Şurasının sədri kimi ictimai fəaliyyətdə nə qədər fəaldırsa, inanın ki, bu fəallıq Milli Məclisin üzvü statusunda daha da məqsədyönlü olacaq», - deyən Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə fikirlərini bölüşüb.
Azərbaycan Respublikasının Milli Məclisinə 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd Əflatun Amaşov 1 noyabr parlament seçkisinin ölkənin həyatında mühüm ictimai-siyasi hadisə olduğunu vurğulayıb. O bildirib ki, hər bir vətəndaş seçkiyə getməklə həm özünün vətəndaşlıq borcunu yerinə yetirir, təməl hüququndan istifadə edir, həm də ümumən prosesin reallaşmasına öz töhfəsini verməklə xaricdəki bəzi anti-milli qüvvələrin ölkəmizlə bağlı planlarını heçə endirir. «Əlbəttə, seçkidə kimə səs vermək məsələsi də son dərəcə önəmlidir. Ali qanunverici orqanın fəaliyyət mütəhərrikliyi xalqın onu necə formalaşdırmasına bağlıdır. Unutmayın ki, səsiniz qarşıdakı beş il üçün Azərbaycanın dünyaya hayqıran səsidir. Bu səs müxtəlif problemlərinizin aradan qaldırılması naminə eşidilən səsdir. Mən sizin - Saatlı camaatının səsi olmaq üçün burdayam. Məramım istər sizlərə paylanılan bukletlərdə, istərsə də təbliğat lövhəmdə əksini tapıb. İnanın ki, orda yazılanların hər biri səmimiyyətə əsaslanır», - deyə o vurğulayıb.
Ə.Amaşov bildirib ki, XX əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyinin 24-cü ilini yaşayan Azərbaycan Respublikası özünü dayanıqlı, oturuşmuş dövlət idarəçiliyi mexanizmi kimi təsdiqləməyi bacarıb.
"Lakin hesab edirəm ki, bundan sonra görüləcək işlər indiyədək həyata keçirilmiş tədbirlərin təkcə sürət meyarına adekvat olmamalı, eyni zamanda yeni siyasi-iqtisadi və sosial şərtlərin tələblərini əks etdirən daha çevik keyfiyyət daşımalı, ictimai rəyin gözləntilərini zamanında doğrultmalıdır. "Qanunların qəbulunda prinsipial məqam vətəndaşların dövlətə etimadının qorunmasına əsaslanılmadır. Bu proses ölkənin demokratik imicini möhkəmləndirməli, beynəlxalq nüfuzunu hər hansı şəkildə şübhələndirməməli, əlavə diskussiyalara yol açmayacaq qədər mükəmməl olmalıdır. Sizlərin səsini qazana biləcəyim təqdirdə deputat kimi fəaliyyətim buna əsaslanacaq. Digər tərəfdən hesab edirəm ki, vətəndaş güclü olmadan ölkə də güclü ola bilməz. Mirasımız, milli mənlik simvolumuz olan dövlətimizi güclü etmək üçün vətəndaşımızı güclü etməli, onu ən adi məişət qayğıları ilə yüklənməkdən azad etməliyik. Kəndli nə istəyir? Su istəyir ki, məhsulunu satıb həyat şəraitini yaxşılaşdırsın. Mən bölgənin problemlərinə kifayət qədər bələdəm. Hesab edirəm ki, Saatlı rayonuna ölkənin ümumi iqtisadi inkişafından düşən payın daha da artırılmasına nail olmalıyıq. Ümumən görüləcək işlər çoxdur. İndiyədək görülən işlərin miqyası da böyükdür. Düşünürəm ki, siz əgər mənə etimad göstərsəniz, məni öz deputatınız kimi görmək istəsəniz, bizləri qarşıda işgüzar beş illik gözləyəcək. Hesab edirəm ki, bu müddət nümunəvi zaman kəsiyi olacaq”, - deyən Ə.Amaşov seçicilərin layiqli seçim edəcəklərinə inamını ifadə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd Əflatun Amaşov seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində namizədliyini irəli sürdüyü 62 saylı Saatlı seçki dairəsinə daxil olan digər kəndlərdə də seçicilərlə görüşlər keçirəcək.



İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir