Sabiq deputat fəal təbliğat aparır - Seçicilər Nazim Məmmədova söz veriblər ( FOTOLAR)

img

18-10-2015 [01:43]


104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd Nazim Məmmədov kəndbəkənd gəzərək seçicilər ilə hər gün görüşlər keçirir. 

Bu barədə Mia.az-a deputatlığa namizədin seçki qərargahından məlumat verilib. 

Bildirilib ki, görüşlərdə yüksək əhval-ruhiyyə ilə iştirak edən seçicilər Nazim Məmmədovu yenidən deputat görmək istədiklərini bildiriblər:

 "Hər bir görüşdə xüsusi qeyd olunur ki, Nazim Məmmədov millət vəkili olmadığı illərdə də seçicilərini unutmayıb, onlarla daim sıx əlaqədə olub. Seçicilər deputat olduğu dövrlərdə Nazim Məmmədovu fəal millət vəkili kimi xarakterizə ediblər. Buna görə də onu dəstəklədiklərini və noyabrın 1-də Məmmədov Nazim Hüseyn oğluna səs verəcəklərini bildiriblər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA