"Vergi yükünün artırılması böhranı daha da dərinləşdirəcək" - Nurəddin Məmmədli

img

17-10-2015 [21:59]


"Son dövrdə hakimiyyətin sosial-iqtisadi sahədə atdığı addımlar onsuz da vəziyyəti ağır olan xalqı daha çox qarət etməyə yönəldilmiş tədbirlərdir". 

Bunu Mia.az-a açıqlamasında AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib. O bildirib ki, büdcənin gəlir hissəsi realda 7 milyard manat azaldılsa da, onu da toplamaq mümkün deyil: 

"Çünki iqtidar iqtisadi böhranın aradan qaldırılması üçün zəruru olan islahatları aparmır. Birinci növbədə ciddi korrupsiya mənbələri olan dövlət strukturlarındaki talançılığa son qoyulmalıdır. Bunda maraqlı olmayan hakimiyyətdəkilər neft gəlirlərinin azalmasından yaranan büdcə kəsirini xalqın hesabına ödəmək yolunu tutublar. Heç kimə sirr deyil ki, indiyə qədər olan vergi yükü də kifayət qədər böyükdür. Məhz bu səbəbdən son zamanlar işgüzar fəallıq nəzərə çarpacaq dərəcədə zəifləyir. Şirkətlər fəaliyyətini dayandırır, orta və kiçik biznes obyektləri rüşvət və vergilərin artıqlığından əziyyət çəkirlər. Belə bir vaxtda vergi yükünün artırılması təbii ki, sosial-iqtisadi böhranı daha da dərinləşdirəcək".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA