Adil Əliyev meydana çağırıldı - Rəqibindən sərt cavab

img

16-10-2015 [13:29]


20 saylı Nərimanov ikinci seçki dairəsində seçkinin əsas favoritləri sayılan- Adil Əliyevlə Aslan İsmayılov arasında gərginlik davam edir.  

Ötən gün tərəflər bir-birinin ünvanına sərt ittihamlar səsləndirib. Adil Əliyevin alternativinə ünvanladığı ittihamlar sırasında onun Aslan İsmayılovu və digər rəqiblərini keçirdiyi görüşlərdə birgə iştiraka dəvət notları da yer alırdı.

Azinforum.az  Adil Əliyevin bu təklifinə Aslan İsmayılovdan münasibət öyrənib.  Tanınmış vəkil sayta açıqlamasında heç vaxt xalq qarşısında çıxışdan çəkinmədiyini deyib:

"Mən, Adil Əliyevi milyonlarla insan izlədiyi daha böyük auditoriya qarşısına - teledebata dəvət edirəm. Buyursun, mənə cavab versin. Bu təklifi qəbul edirmi? Məlumdur ki, bizdə efir vaxtının qiyməti həddən artıq bahadır. Adil Əliyevin pulu çoxdur, istəsə teledebatın pulunu özü də ödəyə bilər. Yox, istəmirsə, xərci  yarı-yarıya çəkərik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA