Müsavat başqanın Məzahir Pənahovdan xahişi var - Müraciət

img

15-10-2015 [19:44]


Müsavat Partiyasının başqanı Arif Hacılı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət edib.

Partiyanın mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, müraciətdə Müsavat Partiyası tərəfindən birmantdatlı seçki dairələrindən irəli sürülən 70-dən çox namizəddən 24-nün deputatlığa namizəd kimi qeydə alındığı vurğulanaraq, pulsuz efir vaxtının ayrılmasının vacibliyi önə çəkilib: 

"Namizədlərimizin təbliğat və təşviqat kampaniyasının təşkili, onların platformalarını seçicilərə çatdırması üçün İctimai Televiziyada pulsuz efir vaxtının ayrılması zəruridir. 

Müsavat Partiyası 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirakla bağlı qərar qəbul edib. İctimai diskusiyaların təşkili, bərabərhüquqlu təbliğat imkanları prinsipi baxımından da televiziyada pulsuz efir vaxtının ayrılmaması yolverilməzdir”

Müraciətdə Məzahir Pənahovdan bütün bunların nəzərə alınaraq, parlament seçkilərində iştirak edən namizədlərə və siyasi partiyalara İctimai Televiziyada pulsuz efir vaxtı ayrılması üçün təsirli tədbirlər görməsi xahiş olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA