“Çoxları namizədliyini geri götürüb” - MSK sədri

img

14-10-2015 [12:03]


"Oktyabrın 13-ə olan məlumata görə deputatlığa namizədliyi qeydə alınmış 1246 nəfərin bir hissəsi namizədliyini geri götürüb”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, hazırda 1000 nəfər ətrafında deputatlığa namizəd qalıb.

Seçki bülletenlərinin çapından sonra deputatlığa namizədlərin namizədliklərini geri götürməsinə gəlincə M.Pənahov deyib ki, çaşqınlıq yaranmaması üçün seçki dairə və məntəqələrində bildirişlər asılacaq: "Biz belə halların yaşanmaması üçün məntəqə, dairə seçki komissiyalarına da müvafiq göstəriş vermişik”.

MSK sədri həmçinin parlament seçkilərində "Exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına müaciət edən təşkilatların sayını da açıqlanıb: " "Exit-poll” keçirmək üçün MSK-ya 4 təşkilat müraciət edib. Müraciət edənlərdən biri Fransa təşkilatıdır. Biri isə "ELS” Müstəqil Araşdırmalar Mərkəzidir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA