ADR hərəkatından məcburi köçkünlərlə bağlı bəyanat

img

11-10-2015 [23:21]


Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının məcburi köçkünlər üçün nəzərdə tutulan ödənişləri dayandırılmasına dair bəyanat yayıb.

Mia.az xəbər verir ki, bəyanatda deyilir: "Azərbaycan Respublikası Nazirlər Kabineti 18.09.2015-ci il tarixdə 307 nömrəli qərarı ilə özünün "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 4-1-ci bəndində dəyişiklik edərək, məcburi köçkünlər üçün nəzərdə tutulan ödənişləri dayandırmışdır. ADR Hərəkatı bildirir ki, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş və dövlət tərəfindən işlə təmin edilməmiş məcburi köçkünlər öz şəxsi əmlaklarını, yaşayış və iş yerlərini könüllü deyil, dövlət Konstitusiyanın 8-ci maddəsinin III bəndində nəzərdə tutulan vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün itiriblər. Ona görə də dövlət bu qrupa daxil olan məcburi köçkünləri Konstitusiyanın 68-ci maddəsinin II bəndi, Mülki Məcəllənin 21-ci maddəsi və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarının I bəndinə əsasən yaşayış və iş yeri ilə təmin etməyə borcludur. Belə ki, əgər dövlət bu qrupa daxil olan məcburi köçkünləri işlə təmin edə bilmirsə, onlara orta aylıq səviyyəsində (əldən çıxmış fayda) ödəniş etməlidir. ADR Hərəkatı həmçinin bəyan edir ki, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlər işlə təmin edilib edilməməsindən asılı olmayaraq eyni sosial qrupa daxil olmaqla, həm də eyni hüquqlara malikdir. Lakin hazırkı şəraitdə hökümət bu sosial qrupun işlə təmin edilmiş hissəsinin Əmək Məcəlləsinin 10-1-1-ci maddəsi ilə nəzərdə tutulan hüququnu təmin etsə də, 18.09.2015-ci il tarixli 307 nömrəli qərarı ilə, işlə təmin edilməmiş hissəsini həmin hüquqa bərabər tutulan hüquqdan – orta aylıq əmək haqqı həcmində ödənişdən məhrum edərək, bununla da eyni sosial qrupa məxsus şəxsləri fərqləndirməklə diskriminasiyaya yol verir. Bu qəarıını iqtisadiyyatda qənaət rejiminə keçməklə izah edən hökümətə xatırlatmaq istərdik ki, Nazirlər Kabinetinin 13 iyul 2015-ci il tarixli iclasında çıxış edən dövlət başçısı İlham Əliyev deyib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik. ADR Hərəkatı hesab edir ki, hökümətin qənaət siyasətinin əasını rüşvət və korrupsiya qarşı mübarizənin gücləndirilməsi, gizli iqtisadiyyatın leqallaşdırılması, dövlətin idarəetmə aparatın saxlanmasına yönələn izafi xərclərin ixtisari və bütövlükdə ictimai vəsaitlərin idarəedilməsinin səmərəliliyinin artırılması təşkil etməlidir. Odur ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatı 18.09.2015-ci il tarixdə 307 nömrəli qərarını bir qrup məcburi köçkünün konstitusion hüquqlarının pozulması faktı kimi dəyərləndirir və hökümətdən onun tezliklə bərpa olunması tələb edir".

ADR hərəkatından məcburi köçkünlərlə bağlı bəyanat



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA