MSK sabiq deputatla bağlı qərarı ləğv elədi - İmişlidə gərgin seçki olacaq

img

09-10-2015 [16:41]


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 79 saylı İmişli Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş sabiq deputat İltizam Əkbərlinin namizədliyinin müvafiq dairə seçki komissiyası (DSK) tərəfindən qeydə alınmaması barədə şikayətinə baxılıb.

APA-nın məlumatına görə, Ə. Əkbərli deyib ki, DSK təqdim etdiyi 534 imzanı etibarlı sayıb, ancaq mülkiyyətində olan torpaq sahəsinin ölçüləri barədə düzgün məlumat vermədiyi üçün namizədliyi qeydə alınmayıb.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, MSK-nın İşçi Qrupunun apardığı araşdırma zamanı İ. Əkbərliyə bələdiyyə tərəfindən verilən 0,6 hektar torpaq sahəsinin Əmək Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (DƏDRX) qeydiyyatdan keçmədiyi üzə çıxıb.

R İbrahimov qeyd edib ki, bu torpaq sahəsi DƏDRX-da reyestrdən keçmədiyi üçün DSK-nın qərarı ləğv edilməli, İ. Əkbərlinin namizədliyi qeydiyyata alınmalıdır.

MSK məsələni səsverməyə çıxarıb, şikayət təmin edilərək DSK-nın qərarı ləğv edilib, İ. Əkbərlinin namizədliyi qeydə alınıb.

Mia.az xəbər verir ki, İmişlidə böyük nüfuzu olan sabiq deputatın qeydə alınması YAP-ın namizədi, biznesmen-deputat Əsabil Qasımova gərgin anlar yaşadacaq. MSK-nın bu qərarı eyni zamanda, İmişlinin məmurlarına da xoş gələcək vəd etmir...

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA