Deputat Elza Seyidcahana cavab verdi - QALAMAQAL

img

09-10-2015 [11:59]


Millət vəkili, YAP-ın builki parlament seçkilərində namizədi Tahir Süleymanov bəstəkar-müğənni Elza Seyidcahanın onun haqqında səsləndirdiyi ittihamlara cavab verib.

Mia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, deputat Elza Seyidcahanı heç tanımadığını deyib: "Mən onu görməmişəm. Onun barəsində nə deyə bilərəm ki? Görünür ki, Elza Seyidcahan şər-böhtan yolunu tutub. Başqa o adam barəsində mən nə deyə bilərəm, heç tanımıram belə. Biz rəqiblərimizi namizədlikləri qeydə alınandan sonra tanıyırıq. O dairədən onlarla insanlar namizədliyini verib. Onun ölkə prezidentinə müraciəti barədə heç nə deyə bilmərəm”.

Qeyd edək ki, əməkdar artist Elza Seyidcahan namizədliyinin 54 saylı Şabran-Siyəzən seçki dairəsindən qeydə alınmaması üçün millət vəkili Tahir Süleymanovun ona qarşı təxribat törətdiyini açıqlayıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA