MSK-dan Mirmahmud Mirəlioğlu ilə bağlı qərar

img

08-10-2015 [18:56]


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında noyabrın 1-də Milli Məclisə təyin edilmiş seçkilərdə deputatlığa namizədliyini irəli sürmüş Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun müraciətinə baxılıb.

Mia.az-ın Trend-ə istinadən məlumatına görə, M.Mirəlioğlu dairə seçki komissiyasının onun namizədliyini qeydə almaqdan imtina edən qərarı ilə bağlı şikayət edib.

İclasda bildirilib ki, MSK-nın işçi qrupu şikayəti araşdırıb. Araşdırma zamanı məlum olub ki, təqdim edilmiş imzalardan 129-u etibarsızdır. Buna görə də Komissiya DSK-nın M.Mirəlioğlunun namizədliyinin qeydə alınmaması barədə qərarını qüvvədə saxlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA