08-10-2015 [11:06]
ABŞ paytaxtının əsas diplomatik nəşri olan "The Washington Diplomat” qəzeti tərəfindən Vaşinqtonda Azərbaycana aid seminar keçirilib.
Azərbaycanın ABŞ-dakı Səfirliyindən Mia.az-a verilən məlumata görə, səfir Elin Süleymanovla açıq müsahibə formatında keçirilən tədbirdə Vaşinqtonun siyasi, diplomatik və biznes dairələrinin çoxsaylı nümayəndələri iştirak ediblər.
Məlumata görə, səfir Elin Süleymanov Merilend ştatının paytaxtı olan Annapolis şəhərinin Beynəlxalq Klubunun yüzdən artıq üzvü qarşısında çıxış edib.
Vaşinqtonda keçirilmiş tədbir zamanı qəzetin aparıcı jurnalisti olan Lari Luksnerin suallarına cavab verən səfir, Azərbaycanın müstəqilliyinin yenidən bərpa edildiyindən sonra mərhum prezident Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində böyük inkişaf yolu qət etdiyini bildirərək, ölkəmizin nailiyyətlərindən söz açıb.
Diplomat Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti kimi irimiqyaslı layihələrin uğurla həyata keçirilməsini təkcə Azərbaycanın deyil, regionun digər ölkələrinin inkişafına da töhfə verdiyini qeyd edib.
Ölkəmizin iqtisadi inkişafından bəhs edən səfir Azərbaycanın zəngin neft və təbii qaz ehtiyatlarına malik ölkə kimi tanındığını, bununla belə Prezident İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində əsas prioritetlərdən birinin bu ehtiyatların ixracından əldə edilən gəlirlər əsasında qeyri-neft sektorunun inkişaf etdirilməsinin olduğunu deyib və həmin siyasətin uğurla həyata keçirildiyini vurğulayb. Azərbaycanda və ölkəmizin iştirakı ilə regionda böyük infrastruktur layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s. tikintisinin həyata keçirildiyi tədbirlərin iştirakçılarının diqqətinə çatdırıb.
Eyni zamanda ölkəmizin nümayəndəsi, Azərbaycanın dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı, zəngin multikultural ənənələrə malik ölkə kimi tanındığını, burada müsəlman, xristian və yəhudilərin əsrlər boyu tolerantlıq və dostluq şəraitində yaşadıqlarını söyləyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Azərbaycanın səfir Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və onun nəticələri, o cümlədən münaqişə ilə bağlı BMT TŞ-sı və digər beynəlxalq təşkilatların qəbul etdiyi bir sıra sənədlər barədə də geniş məlumat verib. Münaqişənin həlli barədə suallara cavab verərək, bildirib ki, münaqişənin həlli formulası hamıya bəllidir və masa üzərindədir, bu ilk növbədə Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən boşaldılması və oradan qovulmuş bir milyon qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır. Diplomat qeyd edib ki, beləliklə münaqişənin həlli üçün çatışmayan yeganə amil hal-hazırda yalnız Ermənistan rəhbərliyinin, o cümlədən Ermənistan xalqının gələcəyi və ölkənin inkişafı naminə onun həll edilməsi üçün siyasi iradəsinin olmamasıdır.
Həmçinin, səfir E.Süleymanov 1 noyabr tarixində ölkəmizdə keçiriləcək parlament seçkiləri barədə danışıb. Diplomat bildirib ki, seçkilərlə bağlı Milli Məclisdə nəzərdə tutulan 125 deputat yerinə 1000-dən çox şəxs namizədliyi irəli sürüb: "Hər bir namizədə seçki kampaniyası üçün müvafiq şərait yaradılıb, ictimai mediada təmənnasız efir vaxtı ayrılıb, həmçinin bu seçkilərin şəffaf və demokratik şəraitdə keçirilməsinin təmin edilməsi üçün ölkəmizdə lazımi tədbirlər görülməkdədir".
Regionda və dünyada baş verən hadisələrdən suallara cavab verən diplomat qeyri-sabitlik, aqressiv separatçılıq və ekstremist hərəkatlar tərəfindən mövcud olan təhlükəni vurğulayıb. Dünyada dəyişən mühitdə ABŞ tərəfindən daha strateji və praqmatik yanaşmanın vacibliyini vurğulayan səfir, ABŞ tərəfdaş dövlətləri, o cümlədən Azərbaycanla daha aydın, obyektiv və konstruktiv siyasətin aparılmasının əhəmiyyətini bildirib. Bu kontekstdə səfir qeyd edibr ki, ikili standartlar və səthi yanaşmalar regionun inkişafına mənfi təsir göstərir.
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR
Xoşqədəm, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər və... - Verilişi bağlanan aparıcılar sosial mediada reklama girişiblər
“Yaxın vaxtlarda ölüb gedəcəyəm, mənə söz verin” - Məşhur müğənni sevənlərindən elə şey istədi ki…
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir