40 YAP-çı namizədliyini geri götürdü

img

08-10-2015 [10:37]


"Yeni Azərbaycan Partiyasının üzvü olan, ancaq öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürən şəxslərin böyük əksəriyyəti namizədliyini geri götürüb”.

Mia.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. Partiya rəsmisi YAP-ın icazəsi olmadan namizədliyini irəli sürən şəxslərin statistikasını da açıqlayıb: "Partiyanın üzvü olan 53 nəfər öz təşəbbüsü ilə bu seçkilərdə deputatlığa namizədliyini irəli sürüb. Hansı ki, həmin dairələrdən YAP öz namizədini irəli sürmüşdü. YAP-ın icazəsi olmadan namizədliyini verən partiya üzvlərinin 40 nəfəri artıq namizədliyini geri götürüb. Digər 13 nəfərin isə qarşıdakı mərhələdə hansı addımı atacağını görəcəyik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA